Əsas Səhifə / Siyasət

Bu ölkədə inqilab hazırlanır - Rusiyadan xəbərdarlıq

21-01-2017, 22:30
Bu ölkədə inqilab hazırlanır - Rusiyadan xəbərdarlıqVenesuelada situasiya rəngli inqilablar ssenarisi üzrə inkişaf edir.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“Venesuealadakı situasiya gərginləşməkdə davam edir. Artıq nümayişlərə hazırlıq gedir. Təəssüf ki, bu cür rəngli inqilab ssenariləri ilk deyil. Onun gedişi və nəticələrini son illərdə dünyanın müxtəlif yerlərində baş verən hadisələri yada salmaqla müəyyən etmək olar”. – nazirliyin bəyanatında bildirilib.

Qeyd edək ki, bundan öncə Venesuela parlamenti Nikolas Maduronun impiçmenti prosesinin başladılması haqqında qərar qəbul edib. Ölkənin Ali Məhkəməsi bu qərarı qanunsuz sayıb.

Ölkədə siyasi böhran ağırlaşan iqtisadi şərait ucbatından daha da dərinləşib. Neft qiymətlərinin aşağı düşməsi Maduro hökumətinin vəziyyətini çətinləşdirib. Ölkədə inflyasiya həddi 200%-i keçib. Üstəlik, Venesueladan miqrasiya həddən artıq artıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]