Əsas Səhifə / Dünya

Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib - FOTO

10-01-2017, 20:44

Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib   - FOTO
Oxu.Az
-ın BBC-yə istinadən xəbərinə görə, Kler Hollinqvors 106 yaşında dünyasını dəyişib.

K.Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən  iki ölkənin sərhədində Almaniya ordusunun toplaşdığı barədə xəbər yayıb. 

Jurnalist fəaliyyətinə başlamazdan əvvəl o Hitler Almaniyasını tərk etmək üçün minlərlə insana britaniya vizasının almaqda kömək edirdi.

1911-ci ildə doğulan K.Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist işləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]