loading...
Əsas Səhifə / Siyasət

Blogger Mehman Hüseynov sərbəst buraxılıb – YENİLƏNİB - VİDEO

10-01-2017, 16:47

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

12:08

Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. 

11:53

Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az "Report”-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: "Mehman hazırda məhkəmədədir”.

Video Azadlıq Radiosunundu

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group