Əsas Səhifə / Gündəm

“MTN işi” Səhiyyə Nazirliyinə sıçraya bilər

24-12-2015, 18:18

Akif Çovdarovun bu nazirlikdəki adamları kim olub? Keçmiş səhiyyəişçisindən Rüstəm Usubova şok müraciət

SəhiyyəNazirliyiƏczaçılıq vəTibb Sənaye Birliyinin keçmiş baş dirketoru (ad vəsoyad bizəbəlli olsa da, hələlik açıqlamırıq) baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət edib. Müraciətdədeyilir: "Mən uzun illər SəhiyyəNazirliyi sistemindəmüxtəlif rəhbər vəzifələrdəişləmişəm vədövlət tərəfindən qüsursuz işlədiyiməgörəçoxlu mükafatlara layiq görülmüşəm. Son iş yerim SəhiyyəNazirliyiƏczaçılıq vəTibb Sənaye Birliyinin baş direktoru vəzifəsi olub.

SəhiyyəNazirliyindəbu sahənazir müavini Elsevər Ağayevin kurasiyasındadır. Mənim bu vəzifədən azad olunmağım haqdaərizəmi MTN-in idarərəisi Akif Çovdarovun hədə-qorxusu iləElsevər Ağayev öz kabinetindəalıb.Ərizəm heç yerdəqeydiyyatdan keçmədən vəkollegiya iclasına çağırmadan işdən azad olunmuşam. Nazir müavini Elsevər Ağayev mənə"sən bilirsən, bizim nazirlik MTN-ləəməkdaşlıq edir vəSəhiyyəNazirliyi adındanəməkdaşlıq etmək haqqında məktubu MTN-əmən hazırlayıb göndərmişəm” dedi vəbu adla da mənəhədə-qorxu gəlirdi…

Bu vəzifədəişlədiyim beş-altı ay olardı ki, özünü MTN-in işçisi kimi təqdim edən Azər adlı şəxs məni MTN-ədəvət etdi. Mən bu haqda Elsevər Ağayevəməlumat verdim. O, mənəgöstəriş verərək "get də” dedi. "Axı orda mənim nəişim var?” söylədim. O, mənə"yəqin pul istəyirlər, apar ver, yoxsa sənin işin ağır olar” dedi.

Sən demə, Elsevər Ağayevin bu işdən xəbər varmış vəözü bu işi "Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoruƏbülfəz Abdullazadəiləbirgəqurubmuş. Doğrudan da MTN-əAkif Çovdarovun yanına gedəndəmənim qarşımda haqq vermək məsələsi qoyuldu. Etiraz edəndəAzər, o cümlədən Akif Çovdarov mənə"səninləişləyəbilmərik” dedilər. Sonra Akif Çovdarov mənə"sən bizimləəməkdaşlıq edəbilməzsən”, "mənim aylıq ”rasxodum” 450 min manatdan çoxdur”. Məhz buna görədəAkif Çovdarovun göstərişiləişdən azad olundum. O, mənədedi ki, səhiyyənazirinin müavini Elsevər Ağayevlə"Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoruƏbülfəz Abdullazadəbizə"donos” verənlərdir”.

Əldəetdiyimiz məlumata görə, artıq şikayətçi Baş Prokurorluğa çağırılıb vəifadəsi alınıb. Beləliklə,əgər bu məsələciddi araşdırılacaqsa, o zaman "MTN işi” SəhiyyəNazirliyinəsıçraya, burada da təmizləmələr, həbslər həyata keçiriləbilər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]