Əsas Səhifə / Ölkə

Hafiz Hacıyev Türkiyə mətbuatını silkələyəcək

13-11-2014, 14:14
Hafiz Hacıyev Türkiyə mətbuatını silkələyəcək
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyə mətbuatında Azərbaycan həqiqətləri, erməni işğalçılığı siyasəti, Dağlıq Qarabağ münaqişəsində Qərbin rəsmi Bakıya ikili standartlardan yanaşması, Qərb tərəfindən Azərbaycanın radikal müxalifətinin himayəyə götürülməsi və digər beynəlxalq məsələlərə subyektiv yanaşmaları olacaq.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, H.Hacıyevin Türkiyə mətbuatında çıxış etməsi təşəbbüsü elə qardaş ölkədən gəlib. O da söylənilir ki, partiya sədrinin Türkiyəyə səfəri gözlənilir və bu səfər çərçivəsində o, bir sıra partiya liderləri, millət vəkilləri və media nümayəndələri ilə də görüşəcək. Çox güman ki, elə o zaman çərçivəsində H.Hacıyevin qardaş ölkənin mətbuatında çıxışları olacaq. Partiya sədrinin Türkiyənin tanınmış telekanallarında da çıxışları gözlənilir. Artıq ilkin razılaşmalar əldə olunub.
Hər dəfə yerli mediada şok açıqlamaları ilə gündəmi saxlayan H.Hacıyev bu dəfə Türkiyə mətbuatını silkələyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]