Əsas Səhifə / Gündəm

İki gündə 102 erməni öldürən azərbaycanlı komandir -

6-02-2014, 22:55
I Qarabağ Müharibəsinə aid yeni video yayımlanıb. 1994-cü ilin 16 Aprel tarixində lentə alınan bu görüntülərdə Tərtər istiqamətində gedən döyüşlər zaman 741 saylı Hərbi Hissənin komandiri kapitan Məhərrəm Məcnun oğlu Seyidov həmin çəkilişdən bir neçə gün əvvəl ermənilərin etdikləri hücumlarla bağlı müsahibə verərkən, düşmənin 102 əsgərinin məhv edildiyini deyib: “Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib. Biz isə döyüşlər zamanı 5 əsgərimizi şəhid vermişik”. Qeyd edək ki, 741 saylı Hərbi Hissənin komandiri Kapitan Məhərrəm Məcnun oğlu Seyidov I Qarabağ Müharibəsində şəhid olub və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi. O ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilmişdi ("Xəzərxəbər"). Həmin videonu təqdim edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]