Əsas Səhifə / Xəbərlər

Neftçilərin axtarışı davam etdirilir – FOTO

2-01-2017, 16:03

Neftçilərin axtarışı davam etdirilir – FOTO Bu barədə Xeberman.com -a  Dövlət Dəniz Administrasiyasından məlumat verilib.

Məlumata əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.
Neftçilərin axtarışı davam etdirilir – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]