Xeberman.com
loading...
Əsas Səhifə / Layihə

“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb

21-12-2016, 17:00

“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb
Bununla bağlı keçirilən tədbiri birliyin sədri Elçin Manafov giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.

Daha sonra Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Rüfət Şirinov və digər əməkdaşı Vəfadar Babayev gənclərə öz tövsiyələrini veriblər.

Həkim-kardioloq Dr. Azər Mustafayev gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.

Tədbirdə universitet tələbələri iştirak ediblər. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group