Əsas Səhifə / Mədəniyyət

“Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı

21-12-2016, 11:26
“Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı
"Anadolu Rəngləri” adlı xüsusi proqram, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə görmə imkanı yaradacaq.
Bu xüsusi proqramda dinləyicilər, mədəniyyətlərin beşiyi Anadolunun Mehtər Marşlarından Türk Xalq Musiqisinə, Xalq Rəqsləri nümunələrindən Klassik Türk Musiqisi nəğmələrinə, Təsəvvüf Musiqisindən Türk Dünyası Musiqi nümunələrinə kimi geniş bir repertuarı dinləmə fürsəti tapacaqlar.
"Anadolu Rəngləri” adlı xüsusi proqram 23 dekabr 2016-cı il tarixində Cümə günü saat 19:00-da Heydər Əliyev Sarayında izləyiciləri ilə görüşəcək.

İnterpress.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]