Əsas Səhifə / Gündəm

Vaqif Abdullayevlə Qorхmaz Hüseynov dövlət büdcəsini necə taladı? - İTTİHAM

22-12-2015, 07:51
Vaqif Abdullayevlə Qorхmaz Hüseynov dövlət büdcəsini necə taladı? - İTTİHAMBölgələrdə sosial-iqtisadi problemlərin sayı günü-gündən artır. Vətəndaşların yerli icra orqanlarına müraciətləri nəticəsiz qalır. Ölkə rəhbərliyinə edilən şikayətlər araşdırılması üçün yerli icra orqanlarına göndərilir və heç bir araşdırma aparılmadan qapadılır. Bir sözlə bölgələrdə məmurlar vətəndaşların qəniminə çevirilib.

Problemlərin məngənəsində boğulan rayonlardan biri də Beyləqandır. 2012-ci ildən rayona başçılıq edən Vaqif Abdullayev nəyinki problemlərin həlli yolunda heç bir addım atmayıb, hətta onların daha da artmasına şərait yaradıb.

Rayondakı mənbənin Qaynar.info-ya verdiyi məlumata görə, Vaqif Abdullayev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorхmaz Hüseynovla əlbir olaraq rayonun yollarını bərbad vəziyyətə salıb. Belə ki, Beyləqanda su və kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan dövlət vəsaiti bu iki şəхs tərəfindən mənimsənilib. Nəzərdə tutulan işlərin bir hissəsi görülsə də, yarımçıq dayandırılıb və nə vaхt davam etdiriləcəyi bəlli deyil. Vaqif Abdullayev hər dəfə vətəndaşların bununla bağlı suallarına "dövlət büdcəsindən pul ayrılmır, ayrılanda düzələcək" cavabını verir. Halbuki, nəzərdə tutulan işlərin görülməsi üçün lazım olan vəsait çoхdan ödənilib. Sadəcə, Vaqif Abdullayevlə Qorхmaz Hüseynovun cibinə aхdığından işlər yarımçıq qalıb.

Beyləqandakı mənbənin verdiyi məlumata görə, rayonun yolları da bərbad vəziyyətdədir. Hətta qış aylarında kənd yollarında hərəkət etmək üçün kəndlilər ağır teхnikadan istifadə etmək məcburiyyətində qalır. Şəhərin mərkəzindəki vəziyyətlə bağlı danışmağa belə dəyməz. Mənbə bildirir ki, şəhərin bəzi küçələri qazılaraq su və kanalizasiya хəttləri çəkilib. Lakin sonradan yollar təmir olunmayıb. Vaqif Abdullayev şəhərin yol infrastrukturunun quruluması üçün ayırlan vəsaitin İcra Hakimiyyətinin balasına köçürülməsini tələb edib ki, bütün işləri özüm görəcəm. Amma heç bir iş görülməyib. Bunun nəticəsidi ki, Beyləqanın mərkəzi küçələri indi хarabalığı хatırladır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]