Əsas Səhifə / Dünya

İraq Kürdüstanı müstəqillik qərarı verdi

21-12-2015, 13:44
İraq Kürdüstanı müstəqillik qərarı verdiİraqdakı Kürdüstan regional hökumətinin prezidenti Məsud Bərzani İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendum keçirilməsi üçün müvafiq işlərə başlamaq haqda öz tabeçiliyindəkilərə göstəriş verib. Musavat.com-un məlumatına görə, bu barədə “Rudaw” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı yaxın zamanlarda Kürdüstan Vətənpərvərlər İttifaqı ilə görüş planlaşdırılır. Bərzaninin sözlərinə görə, “muxtariyyətin müstəqilliyi yalnız zaman məsələsidir”.

Xatırladaq ki, hələ 2014-cü ilin yayında – İŞİD İraqın Mosul şəhərini ələ keçirəndə Bərzani İraq Kürdüstanının müstəqilliyinə dair referendum keçirməyə hazırlaşırdı. Az sonra o, bəyan elədi ki, referendumun keçirilməsi “təhlükəsizliklə bağlı situasiya yaxşılaşandan və İŞİD-lə döyüşlər bitəndən sonra” planlaşdırılır.

Bərzaninin indiki qərarının Qərblə (ABŞ və Avropa Birliyi), habelə qonşu Türkiyə ilə nə dərəcədə uzlaşdırdığı barədə məlumat yoxdur.

Dekabrın ortalarında İraq Kürdüstanının başçısı Ankara olmuş, prezident Ərdoğan və baş nazir Davudoğlu ilə görüşmüşdü. Referendum qərarı Türki hökuməti ilə İraqın mərkəzi hökuməti arasında son günlər güclənən gərginliyə təsadüf eləməsi ilə diqqət çəkir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]