Əsas Səhifə / Layihə

Yeni xəbər saytı fəaliyyətə başladı

30-10-2014, 20:26
Bü gün Beynəlxalq Mətbuat Mərkəzində Asiya İnformasiya Agentliyinin (Asiya.az) təqdimat mərasimi keçirilib. Tədbirdə Asiya İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Cəfər Cəfərov agentliyin fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib. Bildirilib ki, Asiya İnformasiya Agentliyi müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.



www.asiya.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, regionda, eləcə də dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq. İnformasiya Agentliyi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmədən, obyektiv və müstəqil siyasət yürüdəcək.
Tədbirdə iştirak edən millət vəkilləri, media nümayəndələri, elm xadimləri, ziyallılar Asiya İnformasiya Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb, bir sıra təkliflər səsləndiriblər.


Xeberman.com saytının əməkdaşları adından, Cəfər bəyə uğurlar arzulayırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]