Siyasət

Krımın ilhaqı – Şiələrin xilası

12-10-2016, 16:32
İbrahim Sel
 
 Bu gün Rusiyanın tənqid olunmasının əsas səbəblərindən biri onun Krımı tutmasıdır. Liberal düşərgənin başıboş jurnalistləri Krımın ilhaqı ilə bağlı ağıllarına və ağızlarına gələni yazırlar. Rus ordusu Krıma niyə girdi? Rusiya Krımı tutmasaydı, onu Amerika tutacaqdı. Rus ordusu çox yox, cəmi üç gün geciksəydi, NATO artıq Krımı götürəcəkdi. Maydan hərəkatının və Ukraynada çevrilişin məqsədi də elə Sevastopolda yerləşən Rusiya donanmasını oradan qovmaq və NATO ordusunu gətirmək idi. Alınmadı. Rus kəşfiyyatı ayıq tərpəndi.
 Qanuni prezident Yanukoviç ölkədən qovulan kimi Nalivayçenki kəşfiyyat xidmətinin rəhbəri təyin olundu. Nalivayçenko hələ əvvəlki prezident Yuşenkonun vaxtında kəşfiyyat rəhbəri işləmişdi və onunla məşhur idi ki, respublika kəşfiyyatının əsas binasında ABŞ-ın MKİ əməkdaşlarına xüsusi otaq ayırmışdı və amerikanların ölkənin gizli sənədlərinə girişinə yol açmışdı. Buna görə hətta Ukrayna Baş Prokurorluğu Nalivayçenkoya vətənə xəyanət maddəsi ilə cinayət işi açmışdı, lakin çevrilişdən sonra vətən xaini Nalivayçenko "demokratik dəyərlər uğrunda mübariz” kimi səciyyələndirildi.
 MKİ-dən olan kuratorları Nalivayçenkoya ABŞ hərbi gəmilərinin Sevastopol buxtasına girişini təmin və koordinasiya etməyi tapşırmışdılar. Çevrilişdən bir neçə gün əvvəl tərkibində 90 döyüş təyyarəsi olan "Corc Buş” hərbi gəmisi ABŞ sahillərindən Qara dənizə yola düşdü. Onu 16 müxtəlif təyinatlı hərbi gəmilər, o cümlədən atom sualtı qayıqları müşayiət edirdi. 22 fevralda, Yanukoviçin hakimiyyətdən salınması elan olunduğu gün həmin gəmilər artıq Bosfor boğazından keçərək Qara dənizə girmişdilər. Qanuna görə, Türkiyə 45 min tonnajdan ağır hərbi gəmilərin Dardanel boğazından keçməsinə icazə verməməli idi, amma ABŞ-ın marionetkası olan Türkiyə həmişəki kimi bunu etmədi, əksinə gizli şəkildə dayaq da verdi. Amma gördüyümüz kimi, yaşıl adamcıqlar cəld tərpəndi. Rus ordusu Krımı anicə tutdu. Tez bir zamanda rus əsgərləri Krımın bütün mühim strateji obyektlərini nəzarətə götürdülər. Putinin çox qısa bir müddətə, bircə güllə də atmadan Krımı zəbt etməsi bütün dünya ictimaiyyətini heyrətləndirdi. Bu, həm də onun nəticəsi idi ki, Krım xalqı özü yəhudi xuntasının hakimiyyətdə olmasına qarşı idi, ABŞ ordusunun Sevastopola girməsinə münasibət barədə isə heç danışmağa dəyməz. Referendumun nəticələri aydın göstərdi ki, hər yerdə olduğu Krımda da xalq rus ordusunun gəlişini səbirsizliklə gözləyir və xilas yolunu ancaq Rusiyada görür. Referendumda xalqın 99,7 faizi Krımın Rusiyaya birləşməsinə səs verdi. Krım küçələrində insanların sevincinin həddi-hüdudu yox idi.
 Krıma istiqamət götürən ABŞ-ın "Donald Kuk” gəmisində hər biri 16 nəfərdən ibarət olmaqla 6 kommandos dəstəsi vardı. Kommandoslar müxtəlif istiqamətlərdən Krım ərazisinə doluşaraq terror əməliyyatları həyata keçirməli və referendum ərəfəsində xalq arasında panika yaratmalı idilər. Qəhrəman rus əsgərləri buna da imkan vermədilər. Yaşıl adamcıqlar yarımadaya çıxmış həmin diversantların hamısını neytrallaşdırdılar. Rus təyyarəçisinin "Donald Kuk” gəmisinin üzərindən şığıyaraq çıxardığı "şou” bütün dünyada dillər əzbəri oldu. Rus təyyarəçisinin onlarla əylənməsi nəticəsində ABŞ gəmisindəki komanda heyətində çoxları şalvarını batırdı, bir çoxlarının qorxudan dili tutuldu, bəziləri isə sahilə qayıdan kimi ordudan təxris olmaq barədə ərizə verdilər. Onların bir çoxu hələ də dəlixanada müalicə alır, şokdan özlərinə gələ bilmirlər. Belə lazımdır. Dərs olsun.
 Rusiyanı Krımı ilhaq etməkdə suçlayan liberal camiənin dərdi-azarı başqadır. Krım Rusiyadan da çox bizə lazımdır, məhz bizə! Suriya sahillərində lövbər salaraq ölkənin hava sərhədlərini ABŞ, İsrail və Türkiyə təəyyarələrindən qoruyan rus gəmiləri ora məhz Sevastopoldakı buxtadan gedib çıxa bilirlər. Qardaş Yəmən xalqına dəstək kompaniyasını da Rusiya Krımdakı bazadan çıxan gəmilərlə həyata keçirdi. Krım ABŞ-a ona görə lazım idi ki, Rusiya Suriya müharibəsinə müdaxilə edə bilməsin, onlar da rahatca Şərqdə şiə qətliamını həyata keçirsinlər! Krıma ABŞ-ın girməsi onunla nəticələnəcəkdi ki, vahhabi terrorçuları Suriya və İraqda dəstəksiz qalmış şiələri qırıb qurtarandan sonra Azərbaycanda da başımızı kəsməcəkdilər. Şərqdə başlanan şiə qətliamının, vahhabi terrorunun, NATO təcavüzünün qarşısını məhz Rusiyanın Sevastopoldakı hərbi gəmiləri aldı!
 Krımda cəmləşmiş "İskander” raket kompleksləri ilə Rusiya Bosfor da daxil olmaqla bütün Qara dəniz sahillərini nəzarətdə saxlaya bilir. Krımı əldə etməsi Rusiyanı avtomatik olaraq Qara dənizdə söz sahibinə çevirdi. Əgər Rusiya donanması Sevastopoldan çıxarılsaydı, rus raketləri Krasnodara yerləşdirilərdi, buradan isə Bosfor boğazındakı hədəfləri vurmaq çətindir. Sevastopol, Feodosiya, Donuzlav və Kerçdəki bazalardan rus hərbçiləri Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Ukrayna sahillərinə tam nəzarət edə bilirlər.
 Krım Amerikaya həm də Rusiyanı məhv etmək üçün lazım idi. Məsələ burasındadır ki, ABŞ ordusunun ən mükəmməl raketləri sayılan "Tomaqavka”lar nəinki Moskvanı, heç Rusiyanın Avropa hissəsindəki hədəfləri vurmaq iqtidarında deyil. Krımda öz bazalarını yerləşdirmək ABŞ-a Rusiyanı yaxın məsafədən vurmaq üçün lazım idi. Moskvanı öz raketlərinin hədəfində saxlamaq üçün. Qara dənizdəki hərbi gəmilərdən atılan "Tomaqavka” raketləri nəinki Rusiyanın Avropa hissəsindəki obyektlərini vura bilirdi, həm də Uralın şəhərlərinə, hətta Qazaxstanın qərbinə də gedib çatırdı. Əlbəttə ki, Rusiya bununla barışa bilməzdi.
 Rusiya imperatriçası 2-ci Yekaterina demişdir: "Suriya- Rusiyaya çıxmağa açar verən Yaxın Şərqin qapılarıdır”. Burnundan uzağı görməyənlər, Biləcəri kruqundan o tərəfə düşünmək qabiliyyəti olmayanlar üçün bu sözlərin mənasını anlamaq çətindir. Krımı ələ keçirməklə ABŞ həm də Rusiya iqtisadiyyatına öldürücü zərbə vuracaqdı: Rusiya üçün həyati əhəmiyyətli ticarət yollarının çoxu Qara dənizdən keçir. Krımın ABŞ-ın əlinə keçməsi ilə Rusiya avtomatik olaraq strateji üstünlüyünü itirəcəkdi, üçüncü dərəcəli ölkəyə çevriləcəkdi. Qərb və şərq istiqamətində bütün müdafiə sistemləri pozulacaqdı, Rusiya NATO-nun asan hədəfinə düşəcəkdi. Amerikanlara Rusiyaya öz şərtlərini diqtə etməyə şərait yaranacaqdı. Bu isə İranın müdafiəsiz qalmasına və şiələrin məhv olmasına gətirib çıxaracaqdı. Odur ki Rusiyanın Krımı ilhaq etməsindən ən çox biz şiələr udmuşuq! Şiələrin Həzrəti Abbası var!
 Maraqlıdır ki, Krım olayları ilə bağlı ABŞ siyasiləri öz çıxışlarında Rusiyanı işğalçı kimi qınayırlar, Krımın Ukraynaya qaytarılmasının vacibliyindən danışırlar. Amma nədənsə özlərinin milyonların qanı hesabına başa gələn işğalçılıq missiyaları yaddan çıxır. Krımda qan tökülmədi, bircə güllə də atılmadı. ABŞ isə tarix boyu heç bir səbəb olmadan, müxtəlif bəhanələrlə Meksika, İspaniya, Haiti, Nikaraqua, İran, Qvatemala, Qrenada, Panama, Salvador, Dominikan, Koreya, Vyetnam, İraq, Əfqanıstan, Liviya, Pakistan kimi onlarla suveren dövlətin ərazisinə soxulmuş, özü də yüz minlərlə insanın qanını tökərək soxulmuşdur! Bəs bu necə olsun?!
 Hələ 2014-cü ilin iyulunda Barak Obama Kiyevə hərbi konsultantların göndərilməsi barədə tapşırıq vermişdi. Onlar Ukrayna ordusu və Milli Qvardiyası heyətinə döyüş hazırlığı keçməklə məşğul idilər. Amma Vaşinqton Rusiyanı konfliktə hərbi müdaxilədə günahlandırır. Donbasda rus hərbçilərinin olması barədə heç bir tutarlı sübut tapılmadı. Bəli, Rusiyadan çoxlu könüllülər gəlirdi, çünki heç kəs öz xalqının qırılmasına sakit qalmaz, reaksiya verənlər tapılacaq. Kolomoyski, Timoşenko kimi Ukrayna siyasətini yönləndirən sanballı yəhudi liderlər çoxdan Ukraynanın şərq hissəsindəki rus əhalisinin məhv edilməsinin vacibliyindən söz açırdılar. Qlobal Prediktora necə ki ölkəmizin şərqində, cənubundakı şiə əhalisinin qırılması, yox olması vacibdir, eləcə də Ukraynanın cənub-şərqindəki pravoslav rus əhalisinin məhv edilməsi, bu münbit və strateji ərazilərin boşaldırması vacibdir. Rus hərbçiləri Ukraynada yox idi, amma Rusiya şəhərlərindən köməyə gəlmiş çoxlu könüllülər vardı. Amma axı ABŞ hərbçiləri rəsmi şəkildə Ukraynaya doluşmuşdular! Bəs bu necə olsun? Niyə bundan danışılmır? ABŞ-ın Avropadakı quru qoşunları komandanı general-leytenant Ben Xodjes Ukraynaya gəldi və bəyan etdi ki, Rusiya ilə müharibədə ukraynalılara ABŞ ordusu hərtərəfli kömək edəcək. O, Ukrayna ordusu zabitlərini ABŞ hərbi medalları ilə təltif etdi. Bəs bunu necə başa düşək? Bu hansı kitab-dəftərdə yazılıb? ABŞ general-leytenantı Ukrayna ordusu hərbçilərini öz əsgərləri hesab edir ki, onlara öz ölkəsinin medallarını verir. Axı ABŞ ordusu reqlamenti xarici ölkə vətəndaşlarına medal verməyi qadağan edir. Kələfin ucu burda görünür. General-leytenant Ben Xodjes bununla göstərmək istəyir ki, Ukrayna ordusu onun elə öz ordusudur! Öz uşaqlarımızdır!
 Sentyabr ayında Amerika-Ukrayna hərbçilərinin birgə Sea Breeza-2014 hərbi-dəniz təlimləri keçirildi, ardınca Ukraynada NATO quru qoşunlarının birgə Rapid-Trident təlimlərinə start verildi. Sonra isə 300 NATO desantçısı Ukraynaya yerli hərbçilərə "hərbi sirləri öyrətmək və kvalifikasiyanı artırmaq üçün” təşrif buyurdu. Pentaqon rəsmisinin bildirdiyinə görə, Lvov şəhərində yerləşmiş desantçılar Ukrayna Milli Qvardiyasının altı rotasına hərbi dərslər keçəcəkdi. Əgər ABŞ hərbçiləri Ukrayna ərazisinə girirsə, bunu demokratiya və əmin-amanlıq naminə edir. Yox, əgər Rusiya hərbçiləri Ukrayna ərazisinə girirsə, bu işğalçılıq və vandalizm aktıdır. Müasir dünyanın ikili standartları belədir. Almaniyalı mübariz siyasətçi, Bundestaq deputatı Sara Vaqenknextin sözləri ilə desək: "Ukraynada Qərbin hərbi məsləhətçilərinin peyda olmasını, Amerika və Böyük Britaniyanın Kiyevə silah satmasını məgər münaqişənin sülh yolu ilə həllinə dəstək kimi interpretasiya etmək olarmı? Merkel xanım! Bəs siz onda niyə ABŞ və Böyük Britaniyaya sanksiya tətbiq etmədiniz?”.
 Luqansk aeroportunun dağıntıları altında "Stinger” və digər ABŞ istehsalı olan silah-sursat tapıldı. Venanın "Şvexat” aeroportunda Avstriya polisi Ukraynaya uçan amerikan hərbçilərini həbs etdi, onların baqajından pistoletlər və M-16 avtomatları çıxdı. Mətbuat Lvov aeroportuna qonmuş ABŞ-ın dörd Black Havk döyüş vertolyotlarının şəkillərini dərc etdi. O cümlədən, mətbuata NATO üzvü olan Avropa ölkələrinin Ukraynaya silah-sursat ötürməsi barədə informasiyalar sızdı. Həmin məsələyə reaksiya verən NATO-nun baş katibi Yens Stoltenberqin münasibəti maraq doğurur: "Qanuni hökumətə silah vermək başqa məsələ, ona qarşı vuruşan separatistlərə silah vermək başqa mələsə”. Yaxşı. Olsun. Bəs onda Qərbin Suriyada qanuni hökumətə qarşı vuruşan ekstremistlərə silah verməsinə nə ad verək? Bəs onda niyə Qərb Rusiyanın Suriyada qanuni prezidentə kömək etməsini "münaqişəyə müdaxilə” adlandırır? İkili standartlar burda da rol oynayır. Bəşər Əsədin sözləri ilə desək, "sizi vuranda terror olur, bizi vuranda demokratiya”.
 Türkiyə ordusu qanunsuz olaraq İraq ərazisinə soxulanda ABŞ-ın vitse-prezidenti Co Bayden Türk qoşunlarını tərifləyərək dedi ki, "onlar İraqa sülh gətirirlər”. Bilirsizmi nətərdi? Türkiyə ordusunun İraq ərazisinə soxulması işğal deyil. Türkiyə ərazisinə daxil olan təyyarəni vura bilər, ona görə ki onun ərazisi toxunulmazdır. Amma bu İraqa aid oluna bilməz, çünki Türkiyə ordusu orada qoca arvadlara yolu keçməyə kömək edir, ağacda ilişib qalan pişikləri xilas edir, maşın vuran itləri müalicə edir. Əgər sən ABŞ-a muzdurluq etməyi öhdənə götürmüsənsə, səninçün hər şey keçərlidir.
 Küveyt Xarici İşlər Nazirlliyi şokedici bəyanat verərək bildirdi ki, İŞİD-ə silah-sursat Ukraynadan gəlir. Bu bəyanat o qədər də böyük ictimai rezonans doğurmadı, belə ki İŞİD terror təşkilatı ilə müasir Ukrayna dövlətçiliyi ideologiyaları arasında yetərincə ümumi cəhətlər vardır. Vahhabi terrorçuları İraq və Suriyada qədim tarixi abidələri məhv etdikləri kimi, Ukraynadadkı "Sağ sektor”un fanatikləri də Sovet dövrünə aid abidələri yerli-yeksan edirlər. İŞİD terrorçuları İraq və Suriyanın şiə əhalisini qırdıqları kimi, Ukrayna millətçiləri də Donetsk və Luqanskda pravoslav əhalini məhv etməkdə qərarlıdırlar. İŞİD radikalları qurduqları xəlifətdə yaşamaq istəməyənləri kafir elan etdikləri kimi, Ukrayna radikalları da Avropaya qoşulmaq istəməyənləri düşmən elan etmişlər. Təsadüfidirmi? Mahiyyətə baxanda görürük ki, hadisələr eyni məcradan idarə olunur. Şərqdə şiələr hədəf seçildiyi kimi, Qərbdə də pravoslavlar hədəf seçilmişdir. Genosid planı eyni mərkəzdə hazırlanıb və eyni instruksiyalar əsasında aparılır.
 Ukraynada çevrilişdən cəmi bir neçə gün sonra artıq neonasist qruplar hakimiyyət koridorlarında görünməyə başladılar. İlk olaraq rus dilinin qadağan edilməsi məsələsi qaldırıldı. Ruslar işğalçı və özgə xalq elan olundular. Ökənin cənub-şərqində yaşayan əhalinin maaş və pensiyaları kəsildi. Rusdilli əhaliyə qarşı hərbi güc tətbiq olundu. Bir azdan kütləvi genosid başlandı. Proseslər Amerikanın pərdəarxasından dirijorluq etdiyi qanlı hadisələrlə müşayiət olundu. Ukrayna əsgərlərinə təlim keçməyə gəlmiş ABŞ hərbi instruktorlarından biri olan serjant Devud Dzuik mətbuat səhufələrinə düşmüşdür. Onun hədəf kimi istifadə etdiyi nişangahların adı "İvan” idi. O Ukrayna əsgərlərinə "İvan”ları- rusları necə öldürmək lazım olduğunu öyrədirdi. Simvolikalarında faşist nişanlarından gen-bol istifadə edən "Azadlıq” partiyası və "Azov” batalyonu kimi neonasist hərbi birləşmələrin rusdilli əhaliyə qarşı törətdiyi cinayətlərlə youtube kanalı doludur. Adi vaxt demokratiyadan dəm vuran ABŞ hökuməti həmin neonasist qruplaşmaları qınamaq əvəzinə "Ukraynadakı neonasist qruplaşmalarının bundan sonra da dəstəklənməsi” haqqında qanun layihəsini Konqressə təqdim etdi. Genosid nəticəsində ölkənin cənub-şərqində yaşayan 5 min rusdilli əhali uşaqlı-böyüklü məhv edildi. Krımın Rusiyaya birləşdirilməsi isə Krımdakı əhalini həmin taledən xilas etmiş oldu.
 Bütün bunlar barəsində Qərb mətbuatında bircə kəlmə də deyilmədi, əvəzində isə "Rusiya ordusunun Ukraynaya soxulub ölkənin şərqindəki rusdilli əhalini qırması” haqqında isterika qaldırıldı. Heç kim soruşmadı ki, bəs onda niyə Donetskdə dinc sakinlərin başına yağdırılan raketlər Rusiya istiqamətindən yox, Ukrayna tərəfdən atılır?! Rusiya qaniçəndirsə, niyə qaçqınlar Ukraynaya yox, Rusiyaya qaçır? ABŞ, Kanada və digər NATO ölkələri Ukraynaya hərbi konsultantlar, silah-sursat, "Xammer” döyüş cipləri göndərdiyi halda Rusiya ora humanitar konvoylar göndərirdi, aclıqda olan xalqı mütəmadi olaraq ərzaq ilə təmin edirdi. Hadisələrin sonrakı axarı da göstərdi ki, ABŞ-ın məqsədi özünün dediyi kimi, "Ukrayna xalqının iradəsinin demokratik izharı” deyil, öz qlobal hegemonluğunu təmin etməkdir.
 ABŞ-ın xarici siyasəti məlum Vulfoviç doktrinasına söykənir. Həmin doktrina aşağıdakı prinsipləri özündə ehtiva edir: "Bizim əsas vəzifəmiz- istər keçmiş SSRİ ərazisində, istər başqa yerdə olsun, mövcud Dünya Nizamına təhlükə törədəcək yeni rəqiblərin meydana çıxmasının qarşısını almaqdır. Qərbi Avropada, Şərqi Asiyada, keçmiş SSRİ ərazilərində, eləcə də Cənub-Qərbi Asiyada hansısa regional gücün dominasiyasına imkan verməməliyik. Nəhəng resurslar üzərində nəzarət həmin gücü qlobal oyunçuya çevirə bilər. Bu yanaşma, yeni regional müdafiə strategiyamızın əsasını təşkil etməlidir”. Başqa sözlə, Vaşinqtonun məqsədi nə demokratiya, nə də ədalət, nə insan haqlarının qorunması, nə sülh, nə də inkişaf deyildir- ABŞ-ın əsl məqsədi dünya hegemonluğunu qoruyub saxlamaqdır. Ukraynada baş verən hadisələrə də məhz belə nöqteyi-nəzərdən baxmaq lazımdır.
 Amerikalı miliyarder, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros Ukraynanı fəlakətə sürükləmiş həlledici fiqurlardan biridir. Çevrilişdən sonra onun prezident Poroşenko ilə elektron yazışmaları ortaya çıxdı. Bu yazışmalarda Soros və Poroşenko  ABŞ istehsalı olan hücüm silahlarının Ukraynaya gətirilməsindən, eyni zamanda amerikalı instruktorların ukraynalı hərbçilərə təlim keçmə planlarından bəhs edirlər. Müasir dünyanın "ağaları” üçün Corc Soros "maydanların”, dövlət çevrilişlərinin və inqlabların əvəzolunmaz ustasıdır.
 İranın ali dini lideri, şiələrin rəhbəri Ayətullah Xamenei Amerikanın cinayətləri haqda bunları deyir: "Əsas cinayətlərdən hansını ABŞ hakimləri törətməyib?! Onlar nə qədər milli hökumətləri devirdilər! Amerikanın cəsus təşkilatı olan MKİ Afrikada, Latın Amerikasında, Amerika qitəsində, Orta Şərqdə və Asiyada lazım bildikləri yerə nə qədər müdaxilə etdilər! Onlarla müvafiq olmayan hökumətləri devirmək üçün təxribatlar hazırladılar. Bu nümunələr çoxdur. ABŞ-ın indiki prezidenti olan cənab Buş bir zaman ölkəsinin cəsus və kəşfiyyat qurumunun başçısı olmuşdur. Özü bilir ki, orada nə işlər görmüşlər. Bəlkə də bu işlərin çoxunu onun özü etmişdir. Xalqları talamaq, onlara hücum etmək, yalan şayiələr buraxmaq, dünyaya fəsad yaymaq, hətta ABŞ-da xalqın bir çox təbəqələrini axmaq yerinə qoymaq... Bunlar ABŞ dövlət başçılarının və dünyanın digər zalım güclərinin gördüyü işlərdir. Görün Fars körfəzi haradadır, Amerika Birləşmiş Ştatları harada. Burada özlərinə maraq təyin etmişlər. Bu qədər məsafəyə rəğmən, bu regionda özləri üçün maraq tərif etmişlər. İndi bu tərifi dünyanın ağıllı, insaflı adamları, hüquqşünasları təsdiq etsinlər, etməsinlər, onlar üçün əhəmiyyəti yoxdur. Çünki heyvani güclərinə arxalanırlar. Bir neçə il bundan öncə bir ABŞ donanması Fars körfəzində İranın bir sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə hədəf seçdi, vurdu, yandırdı, suya saldı və içindəkilərin hamısını məhv elədi. Sonra etirazlar ucaldı. Dünya bu hadisədə xalqımızın haqlı olduğunu bildikdə üzr istəyib dedilər ki, bağışlayın, səhv etmişik. Qəribədir! Səhv etdiniz?! Dünyanın bugünkü gücləri arasında mövcud ənənənin əksinə olaraq, toxunulmaz olan sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə vurursunuz və sonra deyirsiniz ki, səhv etdik! Qələt edib səhv etdiniz. "Səhv etdik” nə deməkdir?! Əgər donanmanın komandiri səhv etmişdisə, bəs nə üçün mühakimə etmədiniz?! Nə üçün ona medal verdiniz?! Nə üçün müxtəlif sözlərlə yenə də xalqımıza qarşı düşmənliyinizi davam etdirdiniz?! Nə səhv?! Siz faciə törətməkdə heç zaman səhv etmirsiniz. Müstəqil xalqlar əleyhinə çirkin iş görməkdə heç zaman səhv etmirsiniz. Gedib ən çirkin və ən pis nöqtəni tapırsınız. Bu gün qlobal hegemonizm budur. Bu gün ABŞ budur. Bunlar cinayət törətməkdən çəkinmirlər”.
 Tanınmış amerikan publisisti Noam Çomski yazır: "2007-ci ilin əvvəlində "Çinin hərbi gücünün genişlənməsi” haqda birinci səhifələrdə yeni məqalələr və başlıqlar dalğası getdi. Pentaqon iddia edirdi ki, Çin nüvə başlıqları ilə təhciz edilməsi mümkün olan 400 raketə yiyələnərək öz hərbi hücum potensialını artırıb. Sonra bizdə bu barədə müzakirələr gerdi: bu Çinin dünyanı fəth etməyə çalışdığını sübut edirmi, yoxsa sadəcə rəqəmlər doğru deyil və ya başqa nə isə. Amma burada kiçik bir qeyd yerinə düşərdi. ABŞ-ın nə qədər nüvə başlıqları ilə təhciz edilmiş zərbə raketi var? Məlum olur ki, 10 000. Çinin isə, aqressiv "qırğılara” inansaq,- 400. Və bu da sübut edir ki, Çin dünyanı fəth etməyə çalışır. Əgər xarici mətbuatı diqqətlə oxusaq, onda məlum olur ki, çinlilərin hərbi gücü artırmasının səbəbi təkcə ABŞ-ın sonsuz aqressivliyində deyil. Ondadır ki, Birləşmiş Ştatlar raketlərin hədəfə tuşlanması üzrə öz imkanlarını yaxşılaşdırmışdır və indi harada olmasından asılı olmayaraq onlar raket start komplekslərini daha yaxşı məhv edə bilərlər, hətta mobil raket komplekslərini belə. Və bundan sonra dünyanı fəth etməyə çalışan kimdir? Aydındır ki, çinlilər. Axı dünya bizə aiddir, onlar isə onu özlərinə tabe etməyə çalışırlar. Bunu sonsuz davam etmək olar. Sadəcə mövzu seçin. Beynəlxalq məsələlər haqda müzakirələrdə çox şeyi izah etmək üçün "Dünya bizə aiddir” sadə prinsipi kifayət edir”.
 İngilis dramaturqu Harold Pinter Nobel nitqi zamanı hiddətlə bildirmişdir: "İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməkdir. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz "kütləvi qırğın” kimi təsnifatlandırılsın? Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. Hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm: London, Dauninq-strit, ev 10. Müharibə başlayanda Britaniya qəzetlərinin birində Bleyerin iraqlı körpəni qucağına alıb üzündən öpməsi şəkli verilmişdi. Bir neçə gün sonra isə həmin qəzetdə evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli adamı dəhşətə gətirirdi. Məhv olmuş ailədən sağ qalan bu uşaq bizə "Mənim nə vaxt qələmim olacaq?” sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir, çünki qalstuku və köynəyi qana bulaşar”.
 Rusiya lideri Vladimir Putin isə deyir: "Xalqları azad edəcəyik və demokratiya gətirəcəyik iddiası ilə hər yerə hərbi müdaxilə etmək hüquqa ziddir və səmimi söyləmələr də deyil”. Əgər ABŞ öz hegemonluğunu saxlamaq üçün müharibə yoluna əl atırsa, hansısa ölkəyə yeri gəldi-gəlmədi basqın edirsə, dünya buna susmalıdır. Xalqların bir-birinə yaxınlaşmasını da ABŞ öz hegemonluğu üçün təhlükə kimi görür. ABŞ prezidentinin keçmiş məsləhətçisi Zbiqnev Bzejinski açıq-aşkar bildirirdi ki, Rusiya və Almaniyanın sıx və effektiv əməkdaşlığı amerikan hegemoniyasına təhlükə törədir, belə ki regionda nüfuzlu güc mərkəzi yaranır. Ukraynada təşkil olunmuş dövlət çevrilişinin bir məqsədi də bu iki ölkə arasında sədd yaratmaq və onların əməkdaşlığına son qoymaq idi. ABŞ-ın hiddətlənməsinin digər səbəbi isə beynəlxalq transmilli maliyyə elitalarının qurduğu Dünya Hökuməti adlı quruma dəvət alan Rusiyanın bundan imtina etməsi olmuşdur. Rusiya Şər düşərgəsində yer almadı. 2007-ci ildə Münhen konfansında etdiyi çıxışda Putin təkqütblə dünyanın qurulmasının təhlükəli olduğunu bildirdi və bununla Qərb elitasını şoka saldı. Putin dedi: "Təkqütblü dünya nə deməkdir? Yalnız bir gücün hökmranlıq etdiyi bu cür sistem həm ona daxil olanlar üçün, həm də elə o gücün özü üçün də ölümcüldür. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, bildiyiniz kimi, demokratiya azlığın da maraq və fikirlərinin nəzərə alındığı çoxluğun hakimiyətidir.  Rusiyaya zaman-zaman demokratiya dərsi keçirlər, amma bu dərsi keçən ölkələrin özləri tamam başqa prinsiplərlə yaşayırlar. Təkqütblü dünya modelinin qurulmasını müasir dünyada nəinki qeyri-münasib, həm də qeyri-mümkün hesab edirəm”. Həmin sözlərdən sonra Rusiya liderinə qarşı diskreditasiya kompaniyası daha da şiddətləndi.
 ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından sayılan Bzejinski 2009-cu ildə demişdi: "Bu krizis nə 2010, nə 2012, nə də 2015-ci ildə bitməyəcək… Bu krizis biz öz hədəfimizə çatmayınca bitməyəcək. Vahid Dünya Hökuməti- bizim hədəfimiz budur. Bu krizis deyil, mənim əzizlərim,- bu idarə olunan xaosdur. Biz əvvəlcə cəmiyyəti lazım olan hala gətirməliyik. Bunun üçün iqtisadi paraliçdən də artıq bir vəziyyət- bütün dünyanı başına götürmüş müharibələr, aclıq və epidemiyalar lazımdır”.
 Yeni yaranacaq Dünya Düzənində demokratiyaya nə dərəcədə yer ayrıldığı yəhudi bankiri Devid Rokfellerin mətbuat üçün açıqladığı aşağıdakı fikirlərdən də aydın görünür. Yəhudi bankiri deyir: "Biz ictimai diqqətin mərkəzində olsaydıq, son illərki dünyəvi planlarımızı hazırlaya bilməzdik. Dünya daha da incəlib və Dünya Hakimiyyətini qəbul etmək halına gəlib. İntellektual elitanın və dünya bankirlərinin transmilli hakimiyyəti, sözsüz ki ötən yüzillərdə təcrübədən çıxmış milli özünüidarəetmələrdən daha da cəlbedici olub”. Başqa sözlə, dünya idarəetməsi qanımızı içən, xalqları sələmə otuzduran bankirlərin əlinə verilir. Özünüz deyin: bankirlərin idarə etdiyi sistemdə hansı demokratiyadan, insan hüquqlarından və ya xalqın rəyindən danışmaq olar?!
 "21-ci əsrdə sosial yönümlü dövlətlərə yer yoxdur”. Niderland kralı Villem-Aleksandr ölkə parlamentindəki çıxışı zamanı açıq-aşkar elan etmişdir ki, sosial dövlətlər erasına son qoyulur. O, bildirmişdir ki, insanlar öz gələcəklərinə, sosial və maliyyə təhlükəsizliklərinə görə özləri məsuliyyət daşımalıdırlar, dövlət yox! Kral milli televiziya ilə göstərilən müraciətində deyir: "21-ci əsrdə daha sosial dövlət olmayacaq”. Yəni, xalqın qayğısına qalan dövlət olmayacaq. Onun fikrincə, dövlətin xalqın qayğısına qalması erası artıq arxada qalmışdır. Kralın sözlərinə görə, sosial dövlətçiliyin yerinə "aktiv iştirak cəmiyyəti”, yəni insanların gecə və gündüz bir tikə çörək üçün əlləşdiyi cəmiyyət yaradılacaq. Fikirlərini gözəl sözlərlə bəzəyən Avropanın ən gənc monarxı göstərir ki, bundan sonra insanlar öz qayğılarına özləri qalmalı və dövlətə ümid etməməlidirlər. İnsanlar passiv olmamalı, "yaşamaq üçün bir-biri ilə aktiv ünsiyyətə girməlidirlər”. Yəni insanlar gecə-gündüz özünə iş yeri axtarmalı, öz yaşamını təmin etmək üçün canfəşanlıq göstərməlidirlər. Bax Beynəlxalq Bank Faşizminin bizim üçün nəzərdə tutduğu tale xətti budur: bir tikə çörək üçün çabalamaq!
 Kralın sözlərindən aydın olur ki, "aktiv iştirak cəmiyyəti” adı verilmiş gələcəyin mübarək cəmiyyətində sosial sığorta təminatı və pulsuz tibbi xidmət  kimi "xırda” məsələlərə yer qalmayacaq: "20-ci əsrin ikinci yarısına aid ümumxalq rifahı güdən sosial yönümlü klassik dövlətçilik hal-hazırda bu sferaları dəstəkləmək iqtidarında deyildir”. Xatırladaq ki, "aktiv iştirak cəmiyyəti” artıq Avropada qurulmağa başlanmışdır: işsizliyə görə verilən müavinət və səhiyyə subsidiyaları kəskin endirilmiş, pensiya yaşı 67-yə çatdırılmışdır. Bir sıra regionlarda qocalara qulluq, gənclərə xidmət və iş yerini itirdikdə kvalifikasiyanı dəyişmək üçün ayrılan xərclər dövlətdən ayrılaraq yerli bələdiyyələrin boynuna qoyulmuş, bu da "yerli şərtlərə adaptasiya” kimi gəlişigözəl sözlərlə bəzədilmişdir.
 Beləliklə, dövlət xalqın qayğısına qalmaqdan kənarlaşdırılır. Cəmiyyətin sosial və maliyyə təhlükəsizliyinin qorunmasında dövlətin rolu minimuma endirilir. Açıq-aşkar xalqın nəzərinə çatdırılır ki, daha havayı pendir olmayacaq, başınıza çarı qılın. Avropada olan az-çox rufah SSRİ ilə rəqabətə görə yaradılmışdı. Sosialist düşərgə ilə mübarizə kapitalistləri məcbur edirdi ki, büdcə işçilərinin və fəhlələrin həyat şərtlərini yaxşılaşdırsınlar və yüksək maaş versinlər. Əks təqdirdə xalqlar sosialist düşərgəyə meyllənəcəkdilər, SSRİ-dəki kimi həyat şəraiti istəyəcəkdilər, narazılıqlar baş qaldıracaqdı, inqilablar olacaqdı. Avropada xalqın həyat şəraitini yaxşılaşdırmaqla, sosial durumunu gücləndirməklə bir növ yerli kommunst partiyaların sosial bazasnı zəiflədirdilər. İndi isə SSRİ yoxdur, xalqların öz həyat şəraitlərini müqayisə edəcək sistem yoxdur, odur ki xalqın başına nə oyun istəsən gətirmək olar. Beynəlxalq kapital artıq SSRİ və sosialist düşərgə kimi xarici motivatorlardan yaxa qurtarmışdır, odur ki cəmiyyətin rifahının yaxşılaşdırılması kimi lazımsız məsələlərə ayrılan artıq-urtuq xərclərdən də yaxa qurtarmaq olar. İndi qətiyyətlə xalqa demək olar ki, bizim sizə verəcəyimiz bir şey yoxdur, gedin başınıza çarə qılın. Onlar "əsl sosializm Qərbdə yaradılmışdır” kimi liberal mif yaratmışdılar. İndi həmin mifin dağılmasının şahidi oluruq. Beynəlxalq Bank Faşizmi artıq öz yeni restavrasiya layihəsinə start vermişdir və sosial yönümlü dövlətlərdə əsl kapitalist qayda-qanunları bərqərar etmək istəyirlər.
 Bu yerdə yenə fəhlənin iş saatını 2 saata endirmək istəmiş, "dövlət xalqın qulluğunda olmalıdır” konsepsiyasının qatı tərəfdarı Stalin yada düşmür. Liberalların qatı düşməni olan bu xalqçı lider yazırdı: "Mənə təsəvvür etmək çətindir ki, ac, işsiz bir insanın necə "şəxsi azadlığı” ola bilər? Həqiqi azadlıq ancaq istismarın ləğv olunduğu, bəzi insanların digərlərinə zülm etmədiyi, işsizlik və dilənçiliyin olmadığı yerdə ola bilər. O yerdə ki, insanlar sabah işini, evini, çörəyini itirəcəyindən əsməsinlər. Ancaq belə cəmiyyətdə kağız üzərində deyil, həqiqi şəxsi və digər hər cür azadlıq mümkündür”.
 SSRİ dağıldı, aparıcı siyasi xadimlərin və işgüzar dairələrin nümayəndələrinin öz şəxsi mənafelərinə xidmət edən, lakin cəmiyyət üçün təhlükəli olan qərarlar qəbul etmələri daha heç kimi şoka salmır. "Azad bazar” var, nə qədər istəyirsiniz orda fırlanın. Neftə, qızıla və ikraya dərməyin, bunlar sizlik deyil, İsrail müəllimlikdir. Vətəndaşlar ölürlər, azalırlar? Hə, nə olsun! Dövlət üçün qayğısına qalacağını öhdəsinə götürdüyü xalq daha yoxdur. Rafiq Tağı demişkən, insanların qırılmamağa ixtiyarları çatmır, onların qırılmasına Konstitusiya icazə verir. Əhalinin böyük əksəriyyəti bir qrup adamın sabahkı firavan həyatını təmin etmək üçün işləyirlər.
 Təbliğat böyük gücdür. Tanınmış ABŞ senatoru Con Makkeyn əbəs yerə demirdi ki, Rusiyanı bizim toplarımız yox, təbliğatımız çökdürməlidir. Bu gün Putin liberal dünya mətbuatının hədəfinə çevrilib. Qlobal Prediktorun dirijorluğu ilə onu qara fonda göstərməyə çalışırlar. Çünki Putin xalqı sələmçilərin əlinə vermədi. O təkqütblü dünyaya yox dedi. Yəhudi bankirlərin Yeni Dünya Düzəni layihəsini alt-üst etdi. O tam fərqli yol tutdu. Buna görə də Putinin öz xalqı tərəfindən sevilməsi və düşmənlər tərəfindən hədəfə alınması təəccüblü deyildir. Qərbyönümlü siyasətçilərdən fərqli olaraq o (qoy) xalq(lar)ın mənafeyini və gələcəyini üstün tutdu.
 Hal-hazırda İspaniyada yaşayan litvalı yazıçı, dünya siyasətinin pərdəarxası barədə dəyərli araşdırmalar müəllifi Deniel Estulin yazır ki, 2012-ci ilin may ayında keçirilən Bilderberq konfransında da əsas mövzu Vladimir Putinin yaratdığı başağrılar olmuşdur; Putin İrana hücum edilməsinə əngər törədir, Suriyada "normal” müharibə getməsinə mane olur, Rusiyanın amerikan hərbi bazaları ilə mühasirəyə alınmasına qarşı çıxır və öz ölkəsinin tam dövlət suverenliyinin bərpasına israrlıdır. Təkcə Krımın ilhaq olunması regionda ikinci İudeya (İsrailin ehtiyat variantı) yaradılması planını alt-üst etmişdir. Konfrans iştirak edən masonlardan biri hiddətlə demişdir: "Putin sözsüz ki dünya səhnəsində bizim planlarımızı alt-üst edən qorxunc opponentdir”. Bilderberq klubunu qəzəbləndirən və işini çətinləşdirən əsas detal o olmuşdur ki, Putin "Rusiyanın milli maraqlarını möhkəmləndirir və qoruyur”! Beləliklə, dünya ağalarının yığışdığı Bilderberq klubu Putinin hakimiyyətdən kənarlaşdırılması barədə qərar vermişdir. Mətbuatın Putini qaralamasının arxasında da Bilderberqdən gələn həmin əmr durur.
 İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyir: "Rusiya Federasiyası- öz müstəqilliyi, motivləri və tam dirçəlmək hüququ ilə qürur duyan ölkənin özünü necə aparmalı olduğuna parlaq bir nümunədir”. Bu gün Rusiya cəmiyyətinin 89 faizi Putin strategiyasını dəstəkləyir və ona kult kimi baxır. Bu, əlbəttə ki Qərb hakim dairələrini narahat etməkdədir. Media vasitəsilə Stalin kimi Putinin də qara obrazını yaratmağa çalışırlar. Xalqçı liderlər gözdən salınır. Rusiya rəhbərinin diskreditasiya olunması üçün kompaniya şiddətlə davam etdirilməkdədir. Bu işə milyonlar xərclənir. Onların əsas narahatçılığı Putinin keçmiş Sovet respublikalarını yenidən birləşdirmək niyyəti, təkqütblü dünyaya alternativ Avrasiya Birliyi yaratmaq əzmidir. Onda sionizmin caynaqları altında inildəyən xalqlar əldən çıxacaq, ABŞ-ın koloniyasına çevrilmiş Azərbaycan kimi ölkələrdə sərvətləri rahatca talamaq mümkün olmayacaqdır. Məhz bu səbəbdən Putinin Avrasiya Birliyini "işğalçılıq maraqlarına görə” yaratmaq istədiyi haqda piar aparılmaqdadır. Krımın Rusiyaya birləşdirilməsi işğal aktı kimi səciyyələndirilir, amma Krımın 1758-ci ildən Rusiyanın tərkibində olması, 1954-cü ildə Xruşşov tərəfindən Ukraynaya verilməsi faktının üstündən sükutla keçilir. Son 250 ərzində Rusiyanın Krımda daim hərbi flotu olub. Hətta Ukrayna ilə yeni müqaviləyə əsasən, Rusiya Krımda 25 minlik hərbi kontingent də saxlaya bilərdi. Krım əhalisinin 70 faizinin Rusiyada qohumları vardır, 40 faiz rusiyalının isə Krımda qohumları vardır. Referendumda 96 faiz əhali Krımın Rusiyaya birləşdirilməsinə səs verdi. Hətta ABŞ-ın keçmiş prezidenti Cim Karter bildirdi ki, birləşmə "Krım sakinlərinin istəyi əsasında” baş vermişdir. Qatı antirus mövqei ilə tanınmış "Forbs” jurnalı belə bir etiraf etdi: "Anneksiyanın üstündən bir il ötəndən sonra yerli əhali Kiyevi yox, Moskvanı üstün tuturlar”. Beləliklə, Rusiya tarixi torpağı olan Krımı yenidən özünə birləşdirmişdir. Belə birləşməni işğal adlandırmaq yalnız iudey propoqandası nəticəsində beyni iltihabına məruz qalan zombilərin işi ola bilər.
 Amerikadan olan antiqlobalist aktivistlər də qeyd edirlər ki, Rusiyanın Şər obrazını yaradılması məhz ABŞ hökumətindən qaynaqlanır. Nyu-Yorkda Amerikanın transmilli şirkətlərinin və maliyyə institutlarının maraqlarına görə aparılan müharibələrə, o cümlədən KİV-lərinin cəmiyyətə ziyanlı təsirlərinə qarşı keçirilən mitinqdə iştirak edən aktivistlər Si-En-En və digər populyar kanalları ABŞ-ın xarici ölkələrdə apardığı müharibələri dəstəkləməkdə günahlandırmışlar. "ABŞ hökuməti Rusiyanın Şər obrazını yaratmağa çalışır. KİV-lər hökumətin həmin dəsti-xəttini yeridir. Si-En-En, Foks, Nyu-York Tayms eyni işi görürlər”- bu sözləri amerikalı aktivist Nik Maniaçe demişdir. Beynəlxalq Fəaliyyət Mərkəzinin əməkdaşı Bill Dores bildirmişdir: "ABŞ bütün dünyada müharibə aparır. Həmin müharibələrin yeganə baiskarı bank və korporasiyalardır. Onlar öz maraqlarına görə müharibələr təşkil edirlər və istənilən üsulla dünya iqtisadiyyatının mərkəzində qalmaq istəyirlər”. Bu sözlər isə mitinqdə çıxış edən Beynəlxalq Dəstək Mərkəzinin təsisçi direktoru Sara Flandersə məxsusdur: "ABŞ hökuməti öz təsir dairəsini genişləndirməyə çalışır. Bütün bu müharibələr ABŞ-ın təsir dairəsinin genişləndilirlməsi üçün aparılır. NATO-nun genişləndirilməsi- özü-özlüyündə bir cinayətdir”.
 Qərb dairələri nədənsə Ukraynada baş verən çevrilişdə ABŞ-ın rolundan danışmağı sevmirlər. Onlar narıncı inqilabı xalq çevrilişi kimi təqdim etməkdə maraqlıdırlar. Ölkənin qanuni prezidenti Yanukoviçin silahlı üsyan nəticəsində devrilməsi barədə susurlar, amma "Rusiyanın Krımı işğalından” ağız dolusu danışırlar. ABŞ dövlət katibi Viktoriya Nuland həmin çevrilişə qeyri-hökumət təşkilatları vasitəsilə nə az, nə çox- 5 milyard pul buraxmışdı. Nəticədə Ukraynada faktiki olaraq ABŞ diqtəsi quruldu. Qanuni prezident devrilərək yerində ABŞ-ın marionetkası otuzduruldu. Hadisələrin məntiqi davamı Rusiya flotunun Krımdan qovulmasına, Rusiya hərbi gəmilərinin Qara dəniz və Aralıq dənizinə çıxışının bağlanmasına gətirib çıxacaqdı. Bu isə ABŞ-ın regionda tam ağalıq etməsinə, İsrailin Şərqdə yeganə söz sahibi olmasına gətirib çıxaracaqdı. Şərq xalqlarının qara günləri başlayacaqdı. Qoylara qarşı çoxdan planlaşdırılan qlobal genosid həyata keçiriləcəkdi. Şiələrin sonu gələcəkdi.
 Səudiyyənin vahhabi rejimi tərəfindən ölkənin şiə şeyxi Nimru əl-Nimru edam ediləndə Avrasiya Hərəkatının lideri, professor Aleksandr Duqin bildirdi: "Şiələrlə həmrəylik, Suriyada, İraqda, Yəməndə, Bəhreyndə- ümumiyyətlə, hər yerdə şiələrlə birgə ümumi düşmənə qarşı döyüşmək biz rusların borcudur. Rus-şiə alyansı sadəcə geopolitika deyildir- bu dini tiplərin dərin qohumluğudur. Səudiyyənin amerikan rejimi məhv edilməlidir! Bu- Avrasiya fətvasıdır! Şəhid şeyx Nimru əl-Nimruya eşq olsun!”
 Rusiya artıq Yaxın Şərqdə artıq öz seçimini etmişdir. Şiəlik və vahhabilik arasındakı qlobal qarşıdurmada Rusiya şiəliyin yanında yer almışdır. Vahhabilik- Yer üzünə Şərin növbəti missiyasını yerinə yetirmək üçün gəlmiş İblisdir. Qərb kəşfiyyat orqanları tərəfindən ərsəyə gətirilmiş və dəstəklənən vahhabilik bütün dünyaya xaos və ekstremizm yaymaqdadır. Vahhabilərin ideologiyası onların şüursuz sektasına qoşulmayanların total genosidindən ibarətdir. Geopolitik və ideoloji planda onlara qarşı məhz şiələr dirəniş göstərirlər. Gücümüz də ondadır ki, Rusiya şiə dünyasını seçmişdir və dəstək veməkdədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]