Kriminal

Bakıda klinikaya basqın

18-08-2016, 17:35

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

Xeberman.com Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]