İqtisadiyyat
Prezident bir sıra qanunda dəyişiklik etdi
3-02-2016, 21:07
AzərTAc-ın məlumatına görə, "Polis haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda və "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də fərmanda dəyişiklik edilməsini təsdiq edib.
Belə ki, "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinin 1-ci bəndində və 19-1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə "öz vəzifələrini” sözlərindən sonra "üzrlü səbəblər olmadan” sözləri, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 5.2-ci, 17.2.1-ci, 17.2.2-ci və 17.2.6-cı maddələrinə "öz vəzifələrini” sözlərindən sonra "üzrlü səbəblər olmadan” sözləri əlavə edilib.