Əsas Səhifə / Media / Ölkə

Polad Aslanov əvvəllər bildirildiyi kimi, müalicə müəssisəsinə yox, 15 saylı koloniyaya köçürülüb.

5-11-2024, 13:00

Polad Aslanov15 saylı koloniyaya köçürülüb (yenilənib)
Xeberman.com saytının  rəhbəri Polad Aslanov əvvəllər bildirildiyi kimi, müalicə müəssisəsinə yox, 15 saylı koloniyaya köçürülüb. Bu barədə noyabrın 5-də onun xanımı Gülmirə Aslanova bildirib. Onun sözlərinə görə, bu barədə ona ombudsmanın ofisindən məlumat veriblər. "Guya bunu biz özümüz istəmişik, amma bu, belə deyil", - Aslanova deyib.

Onun sözlərinə görə, 15 saylı koloniyada saxlanma şəraiti Polad Aslanovun əvvəllər saxlanıldığı 1 saylı koloniyada olduğundan daha pisdir.

* * *

Polad Aslanov məcburi qaydada Penitensiar Xidmətin hospitalına köçürülüb

 xeberman.com saytının təsisçisi, noyabrın 4-də koloniyada siyasi məhbuslara azadlıq tələbi ilə aclıqa başlayan Polad Aslanov həmin gün axşam məcburi qaydada Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Bu barədə Turan-a onun xanımı Gülmirə Aslanova bildirib.

Aslanov aclıq elan etdikdən sonra onun xanımını koloniyaya dəvət ediblər, aclığın mənasız olduğunu deyiblər, çünki hökmdən şikayət imkanları tükənib və əfv gözlənilmir. Odur ki, aclıq onsuz da 49 kiloqram çəkisi olan Aslanovun sağlamlığına zərər verəcək.

"Polad ilə danışmağa imkan verdilər, amma o dedi ki, aclığı davam etdirəcək, çünki ədalətsiz hökmə etiraz etmək üçün başqa yol yoxdur", - Aslanova deyib. O getdikdən sonra Aslanovu Penitensiar Xidmətin müalicə müəssisəsinə etap ediblər.

"Poladın böyrəklərdə, dişlərində ciddi problemlər, sinir sistemində pozuntu, yuxusuzluq səbəbindən xəstəxanaya yerləşdirilməsini dəfələrlə xahiş etdik, amm aimtina etdilər.  İndi birdən-birə özləri onu xəstəxanaya yerləşdirməyə qərar verdilər", - Aslanova bildirib.*xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İrana casusluq etmək ittihamı (Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət) ilə həbs edilib. 16 il həbs cəzasına məhkum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]