Siyasət / Əsas Səhifə

Konstitusiya"Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev həbsdə olan jurnalist Polad Aslanovla görüşüb

4-10-2024, 11:13

''Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Alimammed Nuriyev 1sayli Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkumlarla görüş keçirib.
Görüşdə siyasi məhbus, jurnalist Polad Aslanov da olub.
Görüş zamanı Polad Aslanov Alimammad Nuriyevə bildirib ki,2019-cu ildə DTX tərəfindən saxlanılan zaman fiziki və psixoloji təzyiqlərə məruz qalmışam,ailəmlə hədələnmişəm,hüquqlarım pozulub.Bununla bağlı Baş prokurorluğda cinayət işi açılıb, prokurorluğun əməkdaşları DTX-nin İstintaq Təcridxanasında məni qəbul edib, şikayətimi  dinləyiblər.Sonradan açılan cinayət işinə xitam verilib,xitamla bağlı qərarı nə mənə, nə də  vəkilimə verirlər.

Eyni zamanda hüquqlarım pozulduğuna görə  Ombudsman aparatına da müraciət etmişdim.Ombudsman  aparatı isə onlara ünvanladığım müraciəti DTX-nə ünvanlamişdi.

 Digər bir şikayətim ,1saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı)saxlanılan zaman fiziki və psixoloji işgəncəyə məruz qalmışam,saçım qırxılaraq cərimə kamerasına (Karsa) salınmışam,vəkilim ilə görüşümə məhdudiyyət qoyulub.Təcridxananın rəisi Elnur İsmayılov həmin zaman mənə bildirmişdi ki,mən məcburam bunu etməyə,məndən istəyiblər edirəm.

Vəkilim Elchin Sadigov   prokurorluğa müraciət etmiş,həmin müraciət əsasında cinayət işi açılmış, prokurorluğun nümayəndələri Bakı İstintaq Təcridxanasında mənə baş çəkib, şikayətini dinləmişdilər.
Bu dəfə də açılan cinayət işinə xitam verilib və adəti üzrə xitamla bağlı qərarı vermirlər.
Beləliklə mən hüquqlarımın bərpası üçün nə  yerli,nə də  AİHM-nə şikayət edə bilirəm.

Polad Aslanov şikayətini rəsmi olaraq Əliməmməd Nuriyevə təqdim edib.Əliməmməd Nuriyev Polad Aslanovun ərizəsini adiyyatı üzrə ünvana yönləndirəcəyinə və hüquqlarinin bərpası üçün əlindən gələni edəcəyinə söz verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]