Siyasət / Əsas Səhifə

İlham Əliyevin əfv sərəncamı kimə və nəyə lazımdır?

5-06-2024, 16:01

 Mayın 25də ölkə başçısı İlham Əliyevin imzaladığı Əfv sərancamı ilə azadlığa buraxılanların demək olar ki,hamsi konkret cinayət əməllərinə görə həbs olunmuş şəxslər idi.Bəli,Əfv sərancamı da məhz bu insanlara şamil olunmalı idi.Cinayət törədiblər,sonradan peşiman olublar, ərizələrində peşiman olduqlarını etiraf ediblər və ölkə başçısının əfvinə sığınıblar.

Sonuncu imzalanan əfv sərəncamında Siyasi məhbusların adının olmaması onların ailələrini, dostlarımızı bərk narahat edib.
Mən isə şəxsən bildirirəm ki,Əfv sərəncamı mənə lazım deyil.Mən jurnalist fəaliyyətimə görə şərlənərək həbs olunmuşam.Yerli və Beynəlxalq insan haqları təşkilatlari məni Siyasi məhbus kimi tanıyıb.Barəmdə  ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu, Sərhədsiz Reportyorlar, Jurnalistlərin müdafiə komitəsi,RATİ,Aİ,AŞ və.s bəyanatlar verib və azadlığımı tələb ediblər.
Ötən ilin may ayının 11də Avropa məhkəməsi mənim xeyrimə qərar verdi(sanksiya ilə bağlı şikayət). Azərbaycan hakimiyyəti də məni günahsız yerə həbs etdiyini etiraf Təzminat ödədi.
Bütün bunlara baxmayaraq İlham Əliyev məndən və mənim kimi günahsız məhbuslardan  əfv ərizəsi,yalvarış,xahiş gözləyir.
Niyə və nə üçün mən əfv ərizəsi yazmalıyam?
Əfv ərizəsində nə yazım ,İlham Əliyev?
Törətmədiyim cinayəti və sübuta yetirə bilmədiyiniz şər-böhtanı etiraf edim?
Etiraf etməsəm nə olacaq?
Daha 8il də həbsdə qalacam?
Mən zalımın əfvinə deyil,Allahın ədalətinə sığınıb bu yola çıxmışam.
Məni şərlədiyinizi etiraf etdirsiniz, təzminat ödəyirsiniz.5ildi hansı adla  məni həbsdə saxlayırsınız?
Bu ölkənin təhlükəsizliyini təmin edən qurumun(DTX) vasitəsilə  mənə şər -böhtan atdınız,ailəmə,vəkillərimə təzyiq etdiniz, günlərlə efirlərdə məni vətən xaini kimi xalqa, millətə sırımağa çalışdınız.
Sonu nə oldu?
Özünüzü də ,ölkəmizi də bir daha dünyada biabır etdiniz və etməkdə də davam edirsiniz. 
Beləcə davam edin.Sirkə nə qədər tünd olarsa öz qabına ziyan verə bilər ancaq.


 















Jurnalist Siyasi məhbus Polad Aslanov 

1saylı Cəzaçəkmə müəssisəsindən əfv sərəncamı ilə bağlı fikirlərini bölüşüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]