Əsas Səhifə / Xəbərlər / Media

Həbsdə olan jurnalistin həyat yoldaşı AŞPA-nın Azərbaycanda olan həmməruzəçiləri ilə görüşüb.

1-07-2023, 11:52
 Həbsdə olan jurnalistin yoldaşı AŞPA-nın Azərbaycanda olan həmməruzəçiləri ilə görüşüb.
Bu barədə jurnalist Siyasi məhbus Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova  Facebook hesabında məlumat paylaşıb.
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə oldular.İyun ayının 6-da Siyasi məhbus ailəsi olaraq həmməruzəçilərlə görüşümüz oldu.Görüşdə Almaniyadan deportasiya olunaraq Azərbaycana gətirilən və saxta ittihamlarla həbs olunan, hazırda məhkəmə istintaqı davam edən Siyasi məhbus Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova və mən iştirak etdik.
Görüş zamanı onlardan xahiş etdim ki,siz və həmkarlarınız Azərbaycana gələrkən ilk öncə həbsdə olan Siyasi məhbuslarla,onların ailələri ilə, hüquq müdafiəçiləri və vəkilləri ilə görüşün.Çünki Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var və nə qədər əməl edir o barədə dəqiq məlumatiniz olsun.
Həmməruzəçilərdən Yan Liddell-Qreyncer bildirdi ki,biz məhbuslarla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etdik və onlar bildirdi ki,hazırda bu görüş mümkün deyil,gələn səfər sizin məhbuslarla görüşünüzə şərait yaradılacaqdır.

Onu da bildirim ki,həmməruzəçilərin  Azərbaycana növbəti səfəri nə zaman olacaq onu hakimiyyətdən başqa heç kim bilmir,hər dəfə bir bəhanə edirlər.
Ümid edirəm gələn görüşə qədər həbsdə olan Siyasi məhbusların heç olmasa yarısı azadlığda olar.
Bundan əvvəl AŞPA-nin Siyasi məhbuslar üzrə məruzəçisi Þórhildur Sunna Ævarsdóttirlə Bakıda görüşümüz  olmuşdu,o da çox sözlər vermişdi ,amma Azərbaycanda hələ də Siyasi Məhbus problemi var və hər gün sayları  artan xətt üzrə davam edir"deyə Gülmirə Aslanova məlumat paylaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]