Gündəm / Media
Baş redaktor aclıq aksiyası keçirir.
14-05-2019, 16:22
İkram Rəhimov aclığ aksiyası keçirir. Bu barədə məlumatı Press-az.com-un baş redaktoru Polad Aslanov özünün facebook səhifəsində yazıb. Xeberman.com saytı olaraq Polad Aslanovun öz facebook səhifəsində yazdığı məlumatı olduğu kimi təqdim edirik. Bu gün "Reallıq.info" saytının baş redaktoru İkram Rəhimovun məhkəmə prosesində iştirak etdim.O ,bütün dostlara salam söylədi.Mediadan,Hüquq müdafiyəçilərindən xahiş etdi çatdırım ki,may ayının 12-dən İkram Rəhimov aclıq aksiyası keçirir.Səbəb isə həm istintaqın düzgün aparılmaması,bir günün içində tanımadığı şəxsləri onun üzünə durğuzmaq məqsədilə ifadə alınması və indisə məhkəmədə hakim Əlövsət Abasovun şahidlərə,zərərçəkənlərə təsiredici və yönləndirici suallar verməsi,onların mənim üzümə durmağı üçün təziq edir açıq-aşkar,mən və vəkillərimin sözünü kəsir ,zərərçəkənlərə sual verməyə şərait yaratmır.Buna görədə ədalətsiz məhkəmə prosesinə son qoyulana qədər aclığ aksiyası keçirir.Yerli və Beynəlxalq təşkilatlardan ,hüquq müdafiyəçilərindən,mediadan xahiş edir ki,məsələni diqqətdə saxlasınlar.