Media / Layihə

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

23-04-2019, 12:39

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

Xeberman.com xəbər verir ki,Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən “Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirdi. Mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, Rus və İngilis dillərindədir. “Nar”-ın hədiyyə etdiyi kompyuterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər. “Nar”-ın bu aksiyası haqqında daha ətraflı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=e6lktt9yxsY&feature=youtu.be


“Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 

Qeyd edək ki, 23 aprelin hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır.

Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.





Administratorla əlaqə

077 611-55-22

[email protected]