İqtisadiyyat

Strateji sənədlərin hazırlanması metodologiyasına dair seminar keçirildi - FOTO

22-05-2018, 19:54

Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri və "Azərenerji” ASC, "Azərişıq” ASC və "Azəristiliktəchizat” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, Energetika nazirinin müavini Samir Vəliyev kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsində energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasınınvacibliyindən danışıb. Bildirilib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac vardır.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən qurumun Azərbaycandakı səfiri KestutisYankauskas isə son vaxtlar "EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib.

Səfir "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.

Sonra qurumun ekspertləri tərəfindən strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər.

Tədbirdə həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa ittifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]