Əsas Səhifə / Ölkə

SENSASİYA!!! Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib? - YENİ SİYAHI

6-01-2016, 09:43
Onların arasında MTN-in şöbə rəisi, icra başçısının müavini, rayon prokurorlar da var

Artıq bir müddətdir «Qaçqınkom»un maddi imkanları yetərli qədər yüksək olan, qaçqınlıqla əlaqəsi olmayan məmurlara və şəxslərə evlər verməsi ilə bağlı araşdırma aparırıq. İndiyə qədər dəqiqləşdirmişik ki, bu şəkildə ev sahibi olmuşların sayı heç də az deyil. Əksinə, komitə sədri Əli Həsənovun «ürəyiyumuşaq» davranışları nəticə etibarı ilə maddi imkanı olmayan, güzəranı bərbad vəziyyətdə olan, evsizlikdən qazmalarda yaşayanların evlə təmin olunmasına deyil, hansısa məmura ev bağışlamaqla yekunlaşır. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Demokratiya.info xəbər verir ki, ötən yazılarda adı keçən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova da «Qaçqınkom»dan «pay» almış məmurlardandır. Onun Ağdam və Bərdədə bir neçə mənzilə sahib olduğunu da vurğulamışdıq. Bu günlərdə isə yazıda adı çəkilən müavin xanım öz yaxınları vasitəsi ilə saytımızın rəhbərliyinin yanına «elçiləri»ni göndərib. Həmin «elçi»lərin arzu və istəyi bu olub ki, «Qaçqınkom» və Arzu Rəşimova ilə bağlı Demokratiya.info-da yayımlanmış yazılar çıxarılsın. Hətta bu istəyin qarşılığı olaraq xeyli şirnikləndirici vədlər də verilib. Amma saytın rəhbərliyi bu təklifləri birmənalı olaraq rədd edib. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Elə bu rədd edilmə məsələsi də Arzu Kərimovanın daha da qəzəblənməsinə səbəb olub. Belə ki, icra başçısının müavini Ağdam İcra Hakimiyyətinin binası qarşısında Demokratiya.info-nun rəhbəri Xəyyam Salmanzadə ilə qarşılaşdığında ona hücum edərək, hədələyib. Xanım Rəhimova hətta Salmanzadəni sifarişli yazı yazmaqda ittiham etməklə yanaşı, həm də onunla ağır formada «haqq hesab» çəkəcəyini bəyan edib. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Təbii ki, bu cür hallarla dəfələrlə qarşılaşmışıq və məmurların bizdən «yedikləri» acı sözlər heç vaxt həzm olunmayıb. Ona görə də, şirnikləndirici vədləri işə yaramayanda, hərbə-zorbaya əl atmağa başlayırlar. Amma bu da bizim araşdırmalarımızın dayanmasına təsir etməyəcək. Çünki daha bir siyahı müəyyən olunub və əməkdaşlarımızın üzə çıxardığı faktlar xeyli ilgincdir. Ona görə ki, siyahıda adları keçən şəxslərin qaçqınlıqla yaxın və uzaqdan heç bir əlaqəsi olmayanlardır. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Demokratiya.info-nun araşdırmalarına görə, «Qaçqınkom»dan «qaçqın» kimi ev almış məmurlardan biri Ağdamın sabiq maliyyə şöbəsinin müdiri Böyükağa müəllim olub. Bir müddət əvvəl işdən çıxarılan müdir hazırda Bakıda yaşayır. Amma Əli Həsənovun ona verdiyi evdən də imtina etmir. Həmin evin qarşısında qarovulçu əyləşdirilib və aylıq maaş verilir. Özü isə həmin mənzilə ildə iki dəfə baş çəkir. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Bir digər məmur isə MTN-in Ağdam rayon şöbəsinin sabiq rəisi İlqar müəllimdir. Bildirək ki, İlqar müəllim qaçqın deyil, amma ona Qasımbəyli kəndində inşa edilmiş binadan ev verilib. Şöbə rəisi isə iş yerini dəyişdiyindən başqa bir rayona təyinat alıb və hazırda orada işləyir. Amma kənddəki evini də əlindən almayıblar. Əsinə, sabiq rəisi gedərkən həmin ev sataraq, özü üçün pula çevirib. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Əli Həsənovun «səxavət»indən yararlananların bir digərləri isə aşağıdakılardır: 

- Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub. 
- Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub. 
- Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doxtur da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib. 
- Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.
- Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.
- Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb. 
Siyahıdan aydın şəkildə görünür ki, burada qaçqınları deyil, məmurları nəzərdə tutublar. Yəni, tikilən mənzillər əsl sahiblərinə çatmalı olduğu şalda, Əli Həsənov daha çox məmurların könlünü şad etməyə çalışır. Əslində isə evsiz-eşiksiz onlarla qaçqın ailələri var. Elə iki uşağı xəstə olan, kirayələrdə yaşayan jurnalist, Ağdam sakini Xəyyam Salmanzadəni nümunə olaraq götürmək olar. Bu adamın heç nəyi yoxdur, ailəsini isə güclə dolandırır. Amma Qaçqınkom onu deyil, hansısa varlı məmuru evlə təmin etməyyə üstünlük verir. 
Sonda onu da bildirək ki, növbəti yazımızda «Qaçqınkom»dan «hədiyyə» almış digər məmurların da adlarını açıqayacağıq. Onların arasında məhkəmə sədrləri, polis rəisiləri, icra başçıları, Rusiyada yaşayan biznesmenlər və digərləri də var. Onlarla bağlı araşdırma aparılıb və nəticələri də bu günlərdə bəlli olacaq. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

***
Ağdamlı məmurların Bakı və Bərdə evləri olmasına rəğmən, qaçqınların da evinə göz dikməsi ədalətsizliyin nümayişidir 

Ötən yazımızda Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ədalətsizliyindən bəhs etmişdik. Bildirmişdik ki, Həsənov imkanları yetərli qədər geniş olan, hazırda dövlət vəzifələrində çalışan məmurlara evlər paylayır. Amma imkanı olmayan, üç uşağı ağır xəstə olan və himayəsində daha bir xəstənin olduğu Ağdam qaçqınına isə ev yox, kiçik bir daxma da vermirlər. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Bununla bağlı apardığımız araşdırmalarda ilk əvvəl məlum olmuşdu ki, Əli Həsənovun ev peşkəş etdiyi məmurlardan biri Arzu Rəhimovadır. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Amma Əli Həsənovun mənzil peşkəş etdiyi məmurların sayı heç də Arzu Rəhimovayla məhdudlaşmır. Demokratiya.info-nun araşdırmasına əsasən məlum olub ki, Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitə sədrindən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Ağdamdakı Təzə Qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Demokratiya.info-nun əldə etdiyi məlumata görə, baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona Təzə Qəsəbədə yeni ev verilib. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Aydın məsələdir ki, bütün bunlar ədalətsizliyin nümayişidir. Çünki fakktiki olaraq didərgin insanlarımız arasında mənzilə ehtiyacı olanların sayı həddindən artıq çoxdur. Lakin bəzi məmurların nəfslərinin böyüklüyü, səlahiyyətlərindən sui-istifadə etmələri həmin ehtiyacı olan insanları gözardı edir. Elə buna görədir ki, mütəmadi olaraq məcburi köçkünlər etiraz aksiyaları keçirir və haqlarını tələb edirlər. Bərdədə baş verən son aksiyalar da bunun əyani misalıdır. 

Araşdırmamız davam edir...

***
Və ya kasıb, kirayədə qalan Ağdam sakininə ev verilməlidir, yoxsa İcra Hakimiyyətində çalışan məmura? 

«Qaçqınkom»un Azərbaycan ərazisində inşa etdirdiyi evlərin heç də hamısı kasıb, imkansız, evi olmayan qaçqınlara verilmir. Bununla bağlı dəfələrlə şikayətlər ortaya çıxsa da, komitə rəsmiləri bir şəkildə işdən sıyrılmağa çalışıblar. Amma prosesin bu qədər uzun sürməsi də mümkün deyil. Ona görə ki, hazırda yetərli qədər kasıb, imkansız və evsiz qaçqın var ki, onlara mütləq ev verilməlidir. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Xəyyam Salmanzadə Ağdam rayonundan olan məcburi köçkündür. Hər iki valideynini hələ uşaq ikən itirib. Öz gücünə oxuyub, təhsil alıb. Həyatda duraraq, çalışıb ailə uşaq sahibi olub. Amma imkansızlıq, kasıblıq, xüsusən də 3 körpə uşağından ikisinin ağır xəstə olması bu gənci həyatın bütün sınaqlarına sinə gərməyə vadar edib. Elə bu səbəbdəndir ki, Xəyyam Salmanzadə iki xəstə uşağının mütəmadi olaraq müalicə alması üçün dəridən-qabıqdan çıxır. Evsizlik isə bir tərəfdən onun həyatını zindana çevirib. 

Şəhid qardaşı olan Xəyyam Salmanzadənin həyatda bəxti digər qardaşına görə də gətirməyib. Çünki onun bir qardaşı intihar edərək, özünə qəsd edib. Həyat yoldaşı isə xərçəng xəstəliyindən əziyyət çəkir. Xəstə ana, üç körpə, onlardan ikisinin ağır xəstə olması… Üstəlik, evsizlik və kirayə həyat tərzi. Hər halda bu istənilən şəxsə durumun nə qədər dəhşətli olduğunu nümayiş etdirir. 
Xəyyam illərdir məcburi köçkün olaraq Bərdə şəhərində inşa olunan evlərdə mənzillə təmin olunmasını istəyir. Dediyi də budur ki, barı, bu qədər problemin içində kirayə dərdi çəkməsin. Ancaq bu istəklərinə hər dəfə müxtəlif bəhanələrlə əngəl olurlar. Gah, Vidadi İsayev icra başçısı olaraq Xəyyam Salmanzadənin evlə təmin edilməsinə əngəl olur. Gah da, evlərin paylanılması prosesinə nəzarət edən Elman İsmayılovun keyfi yerində olmur. Amma…
İşin amması odur ki, Ağdamın icra başçısının müavini Arzu Rəhimovanın Bakıda, Bərdədə və Şamaxıda evləri var. Bir amma da odur ki, «Qaçqınkom»un sədri Əli Həsənov Elmana tapşırıq verir ki, Arzu Rəhimovaya daha bir ev hədiyyə eləsin və ona Müşfiqabad qəsəbəsində inşa edilən evlərdəki mənzillərdən birini versin. 
Biz başa düşürük ki, Arzu xanım tamahkardır. Bu qədər evlərə sahib olduqdan sonra, Bərdədə özünə villa tikdirir. Rayonun Gərənə kəndində inşa etdirdiyi 3 mərtəbəli villasının işləri yekunlaşmaq üzrədir. 
Əli Həsənov daha hansı «qaçqın məmurlara» ev verib?
Bəli, onu da bilirik ki, Arzu Rəhimovanın Şamaxıda qoyun sürüləri var və orada bir neçə çoban çalışır. Bu sürülər onun qazanc yeri, əlavə gəlir mənbələrindən biridir. Ancaq bütün bunlara baxmayaraq, «Qaçqınkom» hər il az qala onu bir evlə mükafatlandırmağı qarşısına məqsəd qoyub. 
Təbii ki, Arzu Rəhimovanın əli uzundur və onun maddi imkanları da genişdir. O da məlumdur ki, bu şəxs ailəsin, uşağına baxmaq üçün böyük imkanlara malikdir. Amma bu «Qaçqınkom»a, onun rəhbəri Əli Həsənova o haqqı vermir ki, çətinlik içinlə yaşayan, xəstə uşaqlarını ayağa qaldırmağa çalışan, üstəlik, kirayə evdə yaşayan birinin zəlalət və zülm içində yaşamasına şərait yaratsın. Axı, Əli Həsənovun vəzifəsi Prezidentin tapşırığını yerinə yetirərək, onu icra etməkdir. Prezidentin tapşırığı isə budur ki, yeni tikilən binalardakı mənzillər evə daha çox ehtiyacı olan qaçqınlara verilməlidir. Lakin komitə sədrini varlı icra başçısının müavinləri, şöbə müdirləri və digər məmurlar daha çox maraqlandırır. Səbəbi bizə məlum deyil. Fəqət, ortada dolaşan söhbətlər var. O söhbətlər ki, burada məsələ şirnikləndirici vədlərdən, «boğaz yaşlamaq»dan gedir. 
İndi sual olunur: Sizcə kimə mənzil verilməlidir? Səfalət içində kirayələrdə yaşayan, iki uşağı xəstə olan, həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkən, övladlarına gələcək qurmaq üçün çabalayan, acınacaqlı durumlarla üz-üzə qalan Xəyyam Salmanzadəyə, yoxsa, Şamaxıda, Bərdədə, Bakıda evləri olan, Şamaxıdakı qoyun sürülərinə sahib, özü də Ağdamın İcra Hakimiyyətində müavin vəzifəsində çalışan Arzu Rəhimovaya? Bu suala «Qaçqınkom»un sədri Əli Həsənov əlini vicdanına qoyaraq, cavab versin. Kimin haqlı olub, olmadığını müəyyənləşdirsin. 

Xəyyam SALMANZADƏ,
Demokratiya.info xəbər portalının direktoru

Administratorla əlaqə

077 611-55-22

[email protected]