Gündəm

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

6-04-2017, 14:16
Avropa Məhkəməsi Azərbaycanı cərimələdiAvropa Məhkəməsi bu gün 11 iş üzrə qərarlarını elan edib.

Xeberman.com xəbər verir ki, bu barədə vəkil Əsəbəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, həmin 11 işdən 9-u onun apardığı proses olub: "Bu gün Avropa Məhkəməsi 11 ərizəçinin işi üzrə qərarlarını elan edib. Onlardan 9 ərizəçinin hüquqlarını mən müdafiə edirdim.

Bu ərizəçilər aşağıdakılardı:

Səxavət Mehdiyev - Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro
Azər Sadıqov - 6480 avro
Osman Əhmədov - 6480 avro
Tuncay Quliyev - 6000 avro
Cavid Hacıbəyli - 6000 avro
Tural Sadıqlı - 6000 avro
Kəmalə Xəlilova - 6000 avro
Orxan Eyyubzadə - 6000 avro
Vüsal Bayramov - 8850 avro

Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb. Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub. Xədicə İsmayılova – mənəvi ziyana görə 4000 avro və hüquqi xidmətə görə 2000 avro, Cavid Qarayev - mənəvi ziyana görə 4000 avro və hüquqi xidmətə görə 2000 avro ödənilməlidir. Ödəniləcək kompensasiyaların cəmi 79 690 avro.

Beləliklə də bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]