Siyasət

Səməd Seyidov: 2015-ci il Azərbaycan tarixində xüsusi və əlamətdar il kimi qalacaq

31-12-2015, 10:38
2015-ci il Azərbaycan tarixində xüsusi və əlamətdar il kimi qalacaq. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə apardığı siyasət bütövükdə Azərbaycanın həm daxili, həm də xarici siyasətinin əyani təzahürüdür: "2015-ci ildə Azərbaycanın həyata keçirdiyi dünya səviyyəli, həm daxili, həm də beynəlxalq münasibətlərə təsir göstərən tədbir Birinci Avropa Oyunları hesab olunmalıdır. Birinci Avropa Oyunları Azərbaycanın simasını dünyada keyfiyyətcə yeni bir səviyyədə göstərdi. Avropanın, yəni ən inkişaf edən qitənin həll edə bilmədiyi məsələni Azərbaycan öz üzərinə götürərək çox yüksək məharətlə həyata keçirdi. Bəziləri deyə bilər ki, bu bir idman hadisəsidir. Ancaq belə deyil. Bu birbaşa Azərbaycanın beynəlxalq əlaqələrini, xaricdə imicini, gücünü, xalqın iradəsini göstərən bir hadisədir. Avropa Oyunları bütün sahələrə, o cümlədən beynəlxalq əlaqələrə öz müsbət təsirini göstərdi. Bu nöqteyi nəzərdən 2015-ci ilin mərkəzində Avropa Oyunlarının təşkili dayanır”.

S.Seyidov vurğulayıb ki, Azərbaycanın 2015-ci ildəki uğurları yalnız Birinci Avropa Oyunları ilə məhdudlaşmır.

O qeyd edib ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ölkələrə uğurlu səfərlər edib: "Bu səfərlər nəticəsində 2015-ci ildə Azərbaycanla bir sıra ölkələr arasında yüksək səviyyəli sənədlər imzalanıb, xüsusi münasibətlərin formalaşması üçün çox vacib hadisələr baş verib”.

Komitə sədri deyib ki, 2015-ci ildə Azərbaycanın qardaş Türkiyənin dəvəti ilə Antalya şəhərində keçirilən G20 sammitində yüksək səviyyədə iştirakı da ölkəmiz üçün əhəmiyyətli hadisə oldu.

S.Seyidov əlavə edib ki, 2015-ci il Azərbaycanın siyasi, mədəni, multikultural və idman qabiliyyətini ən yüksək səviyyədə özündə əks etdirən bir il kimi qiymətləndirilməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]