Siyasət
“Ailəmdə problemlər yaranmışdı” - İcra başçısının işdən azad edilən müavini
17-02-2017, 01:44
Şəmkir rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə işdən çıxmasıyla bağlı xəbəri təsdiqləyib.
Bu barədə BakiPost.az-a açıqlamasında sabiq müdir özü məlumat verib. O bildirib ki, işdən öz ərizəsi ilə azad edilib. M.Əlizadə işdən çıxma səbəblərini də açıqlayıb: "1 il 1 aydan artıq müddət idi ki, Şəmkir rayon İcra Hakimiyyətində çalışırdım. Ailəm isə Gəncədə qalır. Buna görə artıq ailə problemlərim yaranmışdı. Mən də başa düşdüm ki, onların mənə ehtiyacı var.
Fevralın 1-də ərizə yazdım. Xahiş etdim ki, ailə vəziyyətimlə əlaqədar işdən çıxarılmağımla bağlı göstəriş verilsin. Cənab başçı da məni başa düşdü, sağ olsun, vəzifəmdən azad edilməyimlə bağlı ərizəmi qəbul elədi.
İcra başçısı ilə aramızda çox gözəl işbirliyi var idi. İşlədiyim müddətdə də hər zaman razı qalıblar”.
M.Əlizadə yaxın vaxtlarda yeni işə başlayacağını da vurğulayıb: "Mən həmişə dövlətçiliyimizə xidmət eləmişəm, bundan sonra da edəcəyəm. Özüm tarixçi aliməm, uzun müddət kafedra müdiri olmuşam. Əməkdar müəlliməm, elm sahəsində, ictimai sektorda kifayət qədər tanınmış adamam. Özümü tanıyandan da dövlətimə xidmət eləmişəm, bu gün də edirəm, edəcəyəm. Öz fəaliyyətimi davam etdirmək niyyətindəyəm, evdar qadın olmaq fikrim yoxdur.
Yaxın günlərdə də hara işə düzəlməyimlə bağlı məlumat eşidəcəksiniz”.
Xatırladaq ki, BakiPost.azdünən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əlizadə Məleykə Cəmşid qızını işdən azad etməsiylə bağlı məlumat vermişdi. Bildirmişdi ki, M.Əlizadə işində yol verdiyi nöqsanlara görə, vəzifəsindən çıxarılıb.