Siyasət
Arif Hacılı Nardaran məhbuslarına qarşı hökmü lənətlədi
26-01-2017, 03:48
“Taleh Bağırzadə və Abbas Hüseynə 20 il, Fuad Qəhrəmanlıya 10 il, “Nardaran işi” üzrə təqsirləndirilən digərlələrinə 10 ildən 19 ilədək həbs cəzası verildi. Onlar etdikləri qanuna zidd hərəkətlərə, törətdikləri hansısa cinayətlərə görə yox, hakimiyyəti tənqid etdiklərinə, rejimə qarşı olduqlarına görə məhkum edildilər”.
Bunu “Nardaran işi” üzrə məhkəmə prosesində bu gün çıxarılan hökmə münasibət bildirən Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Bu hakimiyyətin dövründə çoxlu haqsız istintaqlar, ədalətsiz məhkəmə hökmləri olub, amma bu iş amansızlığına, qəddarlığına görə xüsusi fərqləndi. Bu işin quraşdırılması da amansız olmuşdu. Əvvəllər olduğu kimi yalnız polisləri xəstəxanalara yerləşdirib onlardan müsahibələr almaqla, maşın və binaların şüşələrini sındırılmaqla kifayətlənmədilər.
Bu senarinin həyata keçirilməsi zamanı ikisi polis olmaqla altı vətəndaşımız həlak oldu. …Bu amansızlıq nifrətə layiqdir!” – Arif Hacılı bildirib.
“Onlar bu müddətin 5/1 ni də həbsdə qalmayacaqlar. Özlərinə də demişəm, müxtəlif müddətdə cəzalara məhkum olunsalar da eyni gündə azadlığa çıxacaqlar. Daha 18 siyasi məhbusumuz artdı. Digər siyasi məhbuslar kimi “Nardaran məhbusları” nı da bütün imkanlarımızla müdafiə edəcəyik”, – Arif Hacılı bildirib.