Yazarlar

Siyasətdə öyrəşmədiyimiz anlayış: sevgi

10-03-2016, 19:00

Qətliam, terror və müharibələrin bügünkü halına nəzər yetirib «dünya necə bu hala gəldi» deyənlər bir az ətraflarına, ətraflarındakı həyatlara, insanların, jurnalistlərin, liderlərin və ən önəmlisi siyasətçilərin üslubuna baxmalıdırlar. Qarşılıqlı şəkildə itirilmiş hörmət, ittifaq ruhu, anlayış və fədakarlıq çox şeyə ziyan vurub. Ən böyük ziyanı isə dünyada sevginin yox olmasıdır.

Bu mövzuya siyasət prizmasından baxaq. Ölkələr arası qarşılıqlı anlaşmazlıqların səbəblərini araşdıranlar, xüsusilə, radikal fikir və hərəkətləri təqsirləndirirlər ki, bunda da çox haqlıdırlar. Dini radikallar, irqçi radikallar, fəlsəfi radikallar, ateist radikallar, kommunist radikallar və daha bir çoxları hamısı fərqli ideologiyaları təmsil edirlər. Bu radikallaşmanın qarşısının alına bilməməsinin ən böyük səbəblərindən biri isə siyasət dilinin insan fitrətinə zidd qəzəb və ikiüzlülük içində olmasıdır. Siyasətçilər bir-birlərinə uyğun olmayan üslubda xitab edir, daxili siyasətdə bir-birləri ilə uzlaşmayan liderlər ölkələrin idarəçiliyi və gələcəyi üçün qeyri-sabit mühiti asanlıqla yarada bilirlər. Hər seqmentin sülh içində təmsil oluna biləcəyi qarışıq hökumətlər qurula bilmir, tərəflər heç bir şəkildə bir araya gələ bilmir, qəzəb dili uzlaşma imkanını aradan qaldırır. Qeyri-sabit hökumətlər daima problem yaradır və liderlər anlaşmazlıq içində olduğundan xalq da qütbləşir.

Xarici siyasət bu üslubun bəzən ürküdücü səviyyədə yaşandığı mühitdir. Heç bir ölkə digərinin xətasına təhəmmül edə bilmir, arada sevgiyə əsaslanan bir bağlılıq olmadığı üçün hər hansı bir kiçik sərhəd və ya ərazi pozuntusu dəhşətli anlaşmazlıqların və müharibələrin başlamasına səbəb ola bilir. Bəsit bir xəta və ya ehmalkarlıq qarşı tərəfin, «diqqətli ol, əskərim, hava qüvvəm və donanmam var!» təhdidi ilə qarşılıq görür. Eyni qəzəbli üsluba o ölkənin xalqları da qatılır, xüsusilə sosial şəbəkələr üzərindən edilən ucuz qəhramanlıqlar ölkələri münaqişəyə aparır.

«Müttəfiq» ölkələr sahib olduqları güc və strateji tarazlıqların təsiri ilə bir-birlərini bəlkə rahatlıqla təhdid edə bilməzlər, lakin yenə də müttəfiq olmaq bu ölkələr arasında sevginin olduğu mənasına gəlmir. İkiüzlü siyasi üslub əslində hər kəsin bildiyi, lakin tətbiqdə məcbur olduğunu düşündüyü səmimiyyətsizlik modelidir. Keçmiş səfir və hazırda türk siyasətçi olan Onur Öymən bu ikiüzlülüyü bu şözlərlə tərif edir:

 

Məsələn, bir müzakirədən sonra verilən açıqlamada «çox açıq və səmimi görüş oldu» deyilibsə, bu, adətən, ciddi fikir ayrılıqlarının olduğunu göstərir. «Vaxtı gəldikdə bu mövzuda lazımi tədbirlər alınacaq» demək, adətən, o məsələnin çox vaxt aparacağı, bəlkə də, heç həll edilməyəcəyi mənasına gəlir. «Sözlərinizi diqqətlə dinlədim» demək, adətən, «fikirlərinizlə razı deyiləm» kimi başa düşülür. «Fikirləriniz çox qəribədir» deyilibsə, bu, çox vaxt «bundan daha səfeh fikir eşitməmişəm» deməkdir. «Təkliflərinizi yuxarı orqanlara bildirəcəyəm» demək «bu məsələdə sizinlə eyni fikirdə deyilik» ifadəsinin nəzakətli formasıdır. «Öz tezislərinizdə israr etmək əvəzinə, bizim fikirlərimizi qəbul etmək sizin mənfəətinizə daha uyğundur» deyilibsə, bəzi hallarda bu, «əgər, dediklərimizi etməsəniz, biz də sizin mənfəətlərinizə zərər verərik» kimi başa düşülməlidir.

Kameralar qarşısında gülən, əl sıxan liderlər, əslində qarşı tərəfin özünə hansı təhdid mesajı verdiyini çox yaxşı anlayır. Bu ikiüzlü mühitdə əslində münaqişə davam edir, heç kim bir-birinə güvənə bilmir. Milyonlarla insanın terrorist halına gəlməsinin ən əsas səbəbi bu sevgisizlik mühiti deyilmi?

Siyasətin soyuq, qaranlıq, mümkün olduğu qədər eqoist və qəddar quruluşu, vəfa və sədaqətdən uzaq tətbiqləri, soyuq bürokratiya dünyada bir qurd qapanının var olduğunu bütün dünyaya göstərir. Bu səmimiyyətsiz mühitdə ölkələr də, ölkə xalqları da özlərini yalnız hiss edir. Bu şəkildə təcrid edilmiş və sevgisiz qalmış cəmiyyətlər, təəssüf ki, nifrətə çox açıq hala gəlirlər.

Dünya buna bir səviyyəyə qədər təhəmmül edə bilər. Digər hər şeydə olduğu kimi, siyasətdə də radikallaşma çöküşü sürətləndirir. Çünki dünyaya hakim hala gəlmiş bu sevgisizlik və səmimiyətsizlik insanların yaradılış fitrəfinə ziddir. İnsanda şiddətə və sevgisizliyə qarşı özünü müdafiə etmə instinkti var. O da qaçınılmaz olaraq zorakılığı artırır. Ruhun çöküşü –Allah qorusun- daha böyük fəlakətlərin qapısını aça bilər.

Dünyaya başqa bir ruh halı lazımdır. İnsan da, dünya da sevgi üçün yaradılıb. Bunu unutduqca insan bədəni və ruhu buna üsyankar olmağa davam edəcək. Halbuki insanı həlim, sülhsevər, xoşbəxt edəcək yeganə sirr sevgidir. Siyasət sevginin əmrində olmalıdır. Sevgi əsasında qurulmalıdır. Siyasət sevgiyə xidmət etməlidir. Sadəcə və sadəcə sevgini əldə etmək üçün bir vasitə olmalıdır.

Sevgi- ruhun, qəlbin, bədənin, hücrələrin, zehnin, beyinin anladığı və uyum göstərdiyi qeyri-adi sirdir. Qəlbimiz sevgi ilə rahatlıq tapır. Nifrətdə boğularıq, yaşaya bilmərik. Buna görə bağışlamağı, birləşdirməyi dünyaya öyrətmək məcburiyyətindəyik. Problemləri həll yolu tapmaq üçün silahlandırmaq əvəzinə maarifləndirmənin daha doğru yol olduğunu göstərmək məcburiyyətindəyik. Hər kəs silahdan və nifrətdən bəhs edərkən biz sevginin önəmindən danışan və bu səbəbdən də daima önə çıxan liderlər olmalıyıq.

Bu bir həqiqətdir ki, sevgi hər kəslə və hər şeylə yola gedir. Sevgidə hər kəs yaxşılıq tərəfdarıdır, fədəkardır. Mənfəətlər və eqoistliklərin sevgidə yeri yoxdur. Sevgidə gülən üzlərin arxasında gizlənən ikiüzlü insanlar olmur. Sevgi böyük gücdür. Siyasət, iqtisadiyyat, sabitlik sevgidə çox asandır. Dinin əsasıdır sevgi. Qəddarlığı və nifrəti din olaraq görənlərə ən yaxşı cavabdır. Bu unudulmamalıdır ki, "mənim cəhdimdən nə olar ki” demək doğru deyil. Müdafiə edən az olsa da sevgi güclüdür və qalib olacaqdır.

 

Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:

https://www.arabnews.com/columns/news/886901

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]