Gündəm

Azərbaycan ordusunun ələ keçirdiyi yüksəkliklərdən videogörüntülər

3-04-2016, 04:25
Azərbaycan ordusunun ələ keçirdiyi yüksəkliklərdən videogörüntülər

Rusiya saytları sosial şəbəkələrin Azərbaycan seqmentindən götürülən və silahlı qüvvələrimizin bu gün Qarabağda ələ keçirdiyi yüksəkliklərdəki vəziyyəti əks etdirən ilk görüntüləri yayıb. Görüntülərə əsasən Azərbaycan ordusunun nəzarətinə keçən yüksəkliklərdən birinə böyük sayda hərbi texnika və canlı qüvvə cəmləşdirilib. Ordumuz ələ keçirilən mövqeləri möhkəmləndirir və düşmənin mümkün əks-hücumunun qarşısını almaq üçün əlavə qüvvələr, o cümlədən tanklar cəmləşdirir.

Habelə rusdialog.ru saytı bu günkü döyüşlərdən sonra təmas xəttində vəziyyətin Azərbaycan silahlı qüvvələrin xeyrinə necə dəyişdiyini əks etdirən xəritə yayıb. Xəritədə Azərbaycan ordusunun nəzarətində olan ərazilərin necə genişləndiyi əksini tapıb.

Virtualaz.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]