Ölkə / Foto Fakt

MTN generalı sakinlərin yolunun üstündə bina tikir - FOTO

15-11-2016, 21:20
MTN generalı sakinlərin yolunun üstündə bina tikir - FOTO

Prezident sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə bina tikir. Bu da məhəllə sakinlərinin haqlı narazılığına səbəb olub.

Bununla bağlı məhəllə sakinlərinin AzToday.az-a etdiyi şikayətdə bilidirilir ki, "Azər İnşaat Qranit" MMC heç bir tikinti normalarına və şəhər salma qaydalarına əməl etməyərək sakinlərin yolunun üstündə hündürmərtəbəli bina tikir.

Əməkdaşımız Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədəki ünvanda olub və sakinlər bildirib ki, sözügedən binanın tikintisi zamanı həyətdən 50 ağac kəsilib.

Qeyd edək ki, "Azər İnşaat Qranit" MMC tərəfindən tikilməkdə bina 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin TSİ İdarəsinin Məlumat və Resurs Mərkəzi, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universitetinin yaxınlığındadır. Bu üzdən binanın tikintisinə müvafiq qurumların necə icazə verməsi də qaranlıq mətləblərdən xəbər verir. Belə ki, qanunvericilikdə hündür binaların ayrılmış ərazinin 40 faizində tikilməlidir. Həmçinin normalara görə, göydələnlər hündürlükləri cəminin 60 faizi qədər aralıda tikilməlidir, yəni bu məhəllədəki 12 mərtəbəli yeni yaşayış binasından azı 30-40 metr aralıda olmalıdır. Ancaq sözügedən tikilıməkdə olan bina ilə hazırda yaşayış olan binalar arasında məsafə 6 metr-ə ancaq çatır. Sakinlər də haqlı olaraq, buna etiraz edir, müvafiq orqanlara tikintinin dayandırılması ilə bağlı şikayətlər göndərinlər. Amma bütün bunlara rəqmən tikinti işləri aparılmaqda davam edir.

Sakinlər müvafiq dövlət qurumlarının şikayətlərinə cavab verməməsini və "Azər İnşaat Qranit" MMC-lə ilə bağlı tədbir görməməsinin səbəbini onların arxasında MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevin durması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, general Mövlan Şixəliyev tez-tez məhəllərinə gələrək, rtikinti işlərinin aparılmasına nəzarərt edir.

Görünür, MTN generalları vəzifədən azad edilməsinə baxmayaraq hələ də güclərini saxlayır və qanunları pozmaqda davam edirlər...


Administratorla əlaqə

077 611-55-22

[email protected]