İdman

Messi "Barselona"dan ayrılmaq istəyir

14-11-2016, 19:20
Messi "Barselona"dan ayrılmaq istəyir

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istəmir.

Xeberman.com xəbər verir ki, argentinalı hücumçu hələ bu yay öz ailəsi ilə istirahət etdiyi vaxt bu qərarı verib.

O, atası vasitəsi ilə müqaviləni uzatmaq istəmədiyini klub rəhbərliyinə bildirib. "Barsa"nın prezidenti Jozep Mariya Bartomeu Messidən sakitliyini qorumağı və bu qərarını daha diqqətlə götür-qoy etməyi xahiş edib.

Jozep Mariya Bartomeu Messiyə təzminat qiymətinin 250 milyon avro təşkil etdiyini də xatırladıb.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]