Mədəniyyət

Azərbaycan teatrının “ƏSA”sı ilk tamaşasını təqdim edir

10-11-2016, 15:35
Azərbaycan teatrının “ƏSA”sı ilk tamaşasını təqdim edir

Azərbaycan teatrının "ƏSA”sı ilk tamaşasını təqdim edir.

Qaynarinfo.Az xəbər verir ki, ölkədə bir ilkə imza atan əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrının ilk tamaşasının premyerasının keçiriləcəyi gün bəlli olub.

Beləliklə, 3 sentyabr 2016-cı il tarixində təsis edilən ƏSA Teatrı, 20 noyabr 19:00-da ilk tamaşası olan "DUMB Mərhələsinin Əsası” tamaşasını təqdim edəcək. 

Tamaşa haqqında: 

Psixo-dram janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yalnış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəmanımız bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür. Lakin o bütün bunlarla da kifayətlənmir və ...

Tamaşanı Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edəcək.

Müəllif: "ƏSA” Teatrı

Xoreoqraf: Fərid Kazakov

Rəssam: İlahə Mayıl, Naz Ramizqızı

Dizayn tərtibatçısı: Naz Ramizqızı

Musiqi tərtibatçısı: Nicat Qulam

Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə

Direktoru Murad Məmmədov

Meneceri Nicat Qulam

Ünvan: Bəşir Səfəroğlu küç. 122 (Xəzər Üniversitetin kampusu)

Biletin qiyməti: 7 AZN (Hazırda satışda deyil, bron edə bilərsiz)

Əlaqə: (055) 311-05-98; (077) 500-63-70; (055) 650-99-58

Aydın Mirzə

Administratorla əlaqə

077 611-55-22

[email protected]