Ölkə / Foto Fakt

Sumqayıtda fəhlələr ayağa qalxdı - FOTOLAR

9-11-2016, 21:32
Sumqayıtda fəhlələr ayağa qalxdı - FOTOLAR

Bu gün axşam saatlarında 30-a yaxın fəhlə Sumqayıt İcra Hakimiyyətinin önündə etiraz aksiyası edib. 

Bu barədə məlumatı Qaynarinfo.Az-a hadisə şahidləri veriblər. Hadisə şahidinin verdiyi məlumata görə, etiraz edənlər Sumqayıtın yeni salınmış dəniz kənarı bulvarında işləyən fəhlələri olub. 

Fəhlələrin etiraz etməsinə səbəb, 6 aya yaxındır ala bilmədikləri əmək haqqlarıdır. Əraziyə polis qüvvələri cəlb edilib. Polislər fəhlələrə dağılışmağ əmri versələr də, onlar dağılışmayıblar. 

Lakin icra hakimiyyətindən bir məsul şəxs çıxıb fəhlələri dinləməyib. Fəhlələr maaş almayana kimi etiraz aksiyaların davam etdirəcəklərini söyləyiblər. 

Aydın

Qaynarinfo.Az 

Administratorla əlaqə

077 611-55-22

[email protected]