Dünya

Tramp Obamanın zənginə cavab vermədi

9-11-2016, 21:29
Tramp Obamanın zənginə cavab vermədi
Amerika prezidenti Barak Obama yeni seçilən prezident Donald Trampı təbrik etmək üçün ona zəng edib.

Bunu Trampın seçki kampaniyasının meneceri bildirib. 

Qeyd olunub ki, Tramp öncə Obamanın zənginə cavab verə biləmyib. Belə ki, o qalib gəlməsi münasibəti ilə çıxış edirmiş. Daha sonra Tramp özü Obamaya zəng edib. O, tərəflərin telefonla gözəl və mehriban formada danışdıqlarını qeyd edib. 

Faktı təsdiq edən Ağ evin mətbuat katibi Coş Ernest bildirib ki, Obama xələfi ilə görüşəcək. 

Qeyd edək ki, Donald Tramp Obamadan prezidentlik kürsüsünü gələn ilin 20 yanvar tarixində təhvil alacaq. //azvision.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]