İdman

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq

6-11-2016, 17:58
Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Xeberman.com Report-a istinadən xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyunu Şüvəlanda baş tutacaq. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL lider "Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri qələbə sayəsində bu gün qələbə qazanan "Neftçi” ilə xal fərqini qorumuş olacaq. "Qırmızı-qaralar” isə 3 xal qazanarsa, liderlik mövqeyini qorumuş olacaq. Komandlar ölkə çempionatlarında bu günədək 27 oyun keçirib. AZAL 10 qələbə qazanıbsa, "Qəbələ”də bu göstərici 9-dur. 8 oyunda bərabərlik qeydə alınıb.

Turun son oyununda isə "Qarabağ” səfərdə "Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri nəticədən asılı olmayaraq turnir cədvəlində heç bir dəyişikliklə üzləşməyəcək. Komanda hazırda 14 xalla 4-cüdür. "Qarabağ” isə qələbə sayəsində turnir cədvəlinə liderlik edə bilər. Bunun üçün isə "Qəbələ”nin Şüvaəlan səfərindən məğlub ayrılması lazımdır. Komandaların oyununda maraqlı statistika diqqəti cəlb edir. Cəmi 5 dəfə baş tutmuş görüşdə "Zirə” qalib gəlməyib. 4 oyunda "Qarabağ” qələbəyə sevinibsə, bir oyunda heç heçə qeydə alınıb.

Turun ilk görüşündə "umqayıt” Gəncədə "Kəpəz”lə oyundan qolsuz heç-heçə ilə ayrılıb. "Neftçi” isə öz meydanında "İnter”i 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, XI tur

6 noyabr

14:00. AZAL – "Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şaiq Həmidov

"AZAL Arena”

16:00. "Zirə” – "Qarabağ”

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]