Kriminal

Gəncə-Şəmkir yolundа iki avtomobil toqquşub, ölən və yaralananlar var

31-10-2016, 23:11

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, ilkin məlumata əsasən,  "VAZ 2106” və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb. 

Xəsarət alanlar "Mercedes" markasında olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]