Mədəniyyət

Azər Paşa Nemət Fuad Poladovun “AzDrama”dan getməsinə münasibət bildirib

31-10-2016, 14:37
[thumb=left]https://xeberman.com/uploads/posts/2016-10/1477910214_xeberman.jpeg[/thumb

Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemət Xalq artisti Fuad Poladovun teatrdan getməsi qərarına münasibət bildirib. 

Xeberman.com-un məlumatına görə, teatrın direktoru APA-ya açıqlamasında qeyd edib ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fuad Poladov teatrdan getmək haqqında rəsmi müraciət etməyib. Əmək Məcəlləsinə görə, hər hansı dövlət və özəl qurumun əməkdaşı işdən gedəndə ərizə təqdim etməlidir. Fuad Poladov bizə ərizə təqdim etməyib. Əgər Akademik Milli Dram Teatrındakı işindən getmək istəyirsə, bu, onun qərarıdır, şəxsi fikridir. Bunu demək vacibdir ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışır”. 

Azər Paşa Nemət əlavə edib ki, Fuad Poladovun sənətini hər zaman qiymətləndirib:

"Mənim Fuad Poladova münasibətim bəllidir, görkəmli aktyor kimi onun sənətini hər zaman qiymətləndirmişəm. Quruluşçu rejissor kimi hazırladığım "Hamlet”, "Şah Qacar”, "Afinalı Timon”, "Boy çiçəyi” tamaşalarımda Fuad Poladov baş rollarda iştirak edib. 

Təvazökarlıqdan uzaq qəbul etməyin, bu tamaşalar həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu baxımından çox böyük maraqla qarşılanıb. Bunu teatrşünaslar da yazıb, sıravi tamaşaçılar da deyib. Bu, mənim rejissor kimi Fuad Poladova münasibətim deməkdir. Yeri gəlmişkən, onu da deyim ki, "Afinalı Timon” tamaşasını mən Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım və bunu hələ illər əvvəl müsahibəmdə demişdim.

Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə birgə çalışmaq istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm, fikrinə hörmətlə yanaşıram. Bu cür hadisələr yaradıcı mühitdə, teatrlarda tez-tez olur və mətbuatın bu məsələdə həssas olmasını, şou yaratmamasını arzu edirəm”.

]

Administratorla əlaqə

077 611-55-22

[email protected]