Yaşam

Bel ağrılarının səbəbi bunlar ola bilər

30-10-2016, 13:09
Bel ağrısı tez-tez rastlaşdığımız problemlərdən biridir.
 
Xeberman.com axar.az-a istinadən bel ağrılarının səbəbləri haqda yazını təqdim edir.
 
Əzələ mənşəli
 
Bel ağrılarının çoxu əzələ mənşəlidir. Ağır əşya daşıyandan və ya uzun bir səfər sonrası beliniz ağrıya bilər. Bu tip ağrılar bir az dincəldikdən sonra keçir.
 
Stress
 
Stressin bədənimizə fərqli şəkillərdə zərər verdiyini bilirik. Bunlardan biri də bel ağrılarıdır. Stress hormonu səbəbi ilə gərginləşən bel əzələləri ağrıya səbəb olur.
 
Orqanlardakı ağrı
 
Bel nahiyəsinə yaxın mədəaltı vəzi, böyrək, bağırsaq, qaraciyər və başqa orqanlardakı narahatlıqlar bel ağrısına səbəb ola bilər.
 
Artıq çəki
 
Artıq çəki insan sağlamlığına bir çox fərqli aspektdən zərər vurur: ürək-damar xəstəlikləri, təzyiq, şəkərdən başqa, bel ağrısı da yaradır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]