Gündəm / Elm

Azərbaycanda bir neçə universitet bağlanacaq - siyahı

30-10-2016, 02:40
Azərbaycanda bir neçə universitet bağlanacaq - siyahı
Azərbaycanda bir neçə özəl universitetin bağlanması gündəmə gəlib

Mötəbər mənbələrdən  verilən məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin aqibəti bəzi özəl təhsil ocaqlarını da gözləyir.  Bildirilir ki, son günlər medianın diqqət mərkəzində olan "Təfəkkür”, Bakı Biznes Universiteti və Kooperasiya universitetlərinin fəaliyyətinə xitam verilə bilər. 

"Təfəkkür”ün rektoru müəmmalı şəkildə istefa verib, digərlərindən isə rüşvət faktları barədə iddialar yer almaqdadır. Təhsilin səviyyəsi aşağı olduğuna və saxta diplom işlərində universitetin adı hallandığına görə Azərbaycan Kooperasiya Universitetinə tələbə qəbulu dayandırıla bilər. 

Eyni vəziyyət yuxarıda adı keçən ali məktəblərdə də yaşanır. Xatırladaq ki, bundan əvvəl də Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universiteti bağlanmışdı. 

İctimai-Siyasi Universitetin lisenziyasız qalmasının ardınca analoji qərar Bakı Biznes, Asiya və Təfəkkür universitetlərini də gözləyir. 

Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. 

Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. 

Sonradan özəl ali məktəblərin sahibləri özlərinə üçün böyük və geniş tədris binaları inşa etdirdilər. Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi.

Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı (politika.az).

Administratorla əlaqə

077 611-55-22

[email protected]