Siyasət

Prezident köməkçisinin Ankara səfərində ilginc detallar

26-10-2016, 00:28
Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sır görüşlər keçirib

Politika.Az-ın məlumatına görə, Ə.Həsənov Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə mühüm mesajlar verib. 

Görüşdə xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.

Ə.Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.

Prezident köməkçisinin bu açıqlaması və qeyri-sağlam ideologiyalar barədə müzakirə ondan xəbər verir ki, əsas mövzu Fətullah Gülən terror şəbəkəsi olub. 

Rəsmi Bakı Ankaraya bu məsələdə ən yüksək səviyyədə dəstək verən dövlətdir. Ə.Həsənovun da səfərinin məqsədlərindən biri məhz FƏTÖ müzakirələri ola bilər. Çünki zərərli və qeyri-sağlam ideologiyalar məhz İŞİD-lə FƏTÖ nəzərdə tutulur. 

Azərbaycan hakimiyyəti isə bu məsələdə kifayət qədər rabitəli və sistemli iş aparır. Ölkəmizi təhdid edən istənilən xarici qüvvəyə qarşı mübarizə gedir. 

Politika.Az-ın məlumatına görə, Ə.Həsənovun görüşlərində fətullahçı qrupların zərərsizləşdirilməsi istiqamətində informasiya xarakterli müzakirələr olduğu istisna deyil. 

Bu məsələ hər iki tərəf üçün vacib və faydalıdır. İqtidar qardaş ölkədən aldığı səhih məlumatlar əsasında iş görür. 

Hakimiyyət məsuliyyətli işin altına girərək Pensilvaniyada mənzillənmiş Gülənə açıq müharibə elan edib. İlk dəfə bir terror təşkilatına qarşı bu şəkildə mübarizə başladılıb. 

Təbii ki Azərbaycanın özünü qabağa verməsi FƏTÖ-nu hədəfinə çıxarmaqdır. Lakin bu şəbəkənin demontajı təkbaşınq yox, Türkiyə kəşfiyyatının dəstəyi ilə reallaşıb. 

Gülənin Azərbaycanda illərdir kök atmış və dərinə qatlara nüfuz etmiş şəbəkəsi tamamilə sıradan çıxarılıb. İndi FƏTÖ-nun ölkəmizə təsir imkanları sıfıra enib. Xüsusilə təhsil sektorunda ciddi təşilatlanmış Gülən qruplaşması dayaqlarını əldən çıxarıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]