İqtisadiyyat

Yarıtmaz siyasət iş adamlarını ölkədən didərgin salıb

26-10-2016, 00:19

Yarıtmaz siyasət iş adamlarını ölkədən didərgin salıbYarıtmaz siyasət iş adamlarını ölkədən didərgin salıb

 Azərbaycan hökuməti  sahibkarlara dəstəkdən,  biznes mühitinin  şəffaflaşmasından,  ölkəyə investisiya axınından danışsa da reallıq bunun əksini göstərir. Təxminən bir həftə əvvəl xəbər yayılıd ki, 612 şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.  Səbib kimi isə bu adamların vergi borcunun olduğu göstərilirdi. Bu gün isə xəbər yayaılıb ki, ölkədən çıxışına qadağa qoyulan müəssisə rəhbərlərinin sayı 634-ə çatıb. Təxminən bir həftə ərzində  bu siyahıya düşənlərin sayı 22 nəfər artıb.  Olduqca dəhşətli statistikadır və ölkədəki real mənzərəni açıq göstərir. Məlum olur ki, həm iş adamları ölkəni sürətlə tərk edir, həm də bu adamlar ölkədə vergi borcu ödəmək iqtdarında deyil.

Heç bir pullu adam öz biznesinin gələcəyini bu ölkədə görmür. Adamlar başa düşür ki, vəziyyət getdikcə pisləşəcək və hökumət heç bir real addım atmaq fikrində deyil.

Məsələ burasındadır ki, bir müddət əvvəl ölkə başçısı investorları ölkəyə səsləmişdi. Bugünlərdə isə ölkə başçısı bildirdi ki, icra başçıları iş adamlarını rayonlara cəlb etməlidi və onların fəaliyyətinə buna görə qiymət veriləcək.

Reallq isə budur ki, icra başçıları iş adamlarını ölkəyə cəlb etmək və ölkədən getməsinə əngəl olmaq iqtidarında deyil. Ökədən bu qədər sürətlə investisiya çıxırsa, ölkədəki iş adamları vergi borcu ödəyə bilmirsə bunun səbəbləri araşdırılmalıdır. İcra başçılarına göstəriş verməklə nəticəni dəyişmək olmaz.

Brincisi aydın olur ki, ötən il yarım ərzində heç bir iş görülməyib və bütün sərncamlar, fərmanlar, yaradılan yeni qurumlar görüntü xarakteri daşıyıb. İkincisi iş adamları monopoliyanın, korrupsiyanın hələ də qüvvədə olduğunu,  ölkəyə yatıracaqları sərmayənin heç bir sığortasının olmadığını başa düşürlər.  Eyni zamanda milli valyutanın rəqs etdiyi ölkədə biznes fəaliyyəti ilə məşğul olmaq iş adamalrına sərf etmir.

Deməli, əvvəlcə ölkəni iş adamları üçün cəlbedici vəziyyətə gətirmək lazımdı, azad sahibkarlığa meydan vermək lazımdır, müstəqil məhkəmə sistemi yaradılmalıdır, ölkə məmur inhisarından azad edilməlidir. Hökumət neqativ ənənələrdən imtina etməsə, boş sözlərlə ölkəyə investisiya cəlb etmək mümkün olmayacaq.

Bir sözlə, 634 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulubsa, külli miqdarda pulun ölkəyə girişini təmin etmək mümkün olmayacaq. İri müəssisələr ödəniş etməkdə çətinlik çəkirsə, xırda sahibkarların hansı çətinliklə üzləşdiyini təsəvvür etmək mümkündür. Birdə ki, icra başçılarına investor cəlb etmək yox, ölkədəki iş adamlarının yaxasından düşmək tapşırığı verilməlidir.

Samir

Administratorla əlaqə

077 611-55-22

[email protected]