Kriminal

Sabiq məhkum yeni tanış olduğu qızı zorlayıb

23-10-2016, 18:08
Bakı sakini 1989-cu il təvəllüdlü Q.M. oktyabrın 20-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib. Gənc qız şikayət ərizəsində bildirib ki, oktyabrın 19-u saat 18:00 radələrində tanışı Nizami (soyadı və atasının adı istintaq maraqlarına görə açıqlanmır) onu aldadaraq Cavadxan küçəsi ev 29 mənzil 74 ünvanına aparıb və zorlayıb.

İstintaqla məlum olub ki, Q.M. bundan əvvəl Nizami ilə bir dəfə görüşüb. İkinci görüşdə isə Nizami qıza təcavüz edib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə dəfə məhkum olunmuş Nizami Xırdalan şəhərində saxlanılıb. Q.M. bildirib ki, Nizaminin əvvəllər məhkum olması barədə xəbəri olmayıb.

Zərər çəkən şəxsin sözlərinə görə, Nizami onu mənzilə sakit bir yerdə söhbət etmək üçün dəvət edib. Burada isə Nizami qızı öldürməklə hədələyərək onunla cinsi əlaqədə olub. Saxlanılan şəxs barədə cinayət işi qaldırılıb ("Sputnik Azərbaycan”).

Administratorla əlaqə

077 611-55-22

[email protected]