Media

ULUYOL.INFO SAYTININ BIR YAŞI TAMAM OLUR

19-10-2016, 23:43

 ULUYOL.INFO SAYTININ BIR YAŞI TAMAM OLURBu gün Ulu Yol xəbər portalı-ULUYOL.İNFO saytının bir yaşı tamam olur.

Xeberman.com-un verdiy məlumata görə, Uluyol.info xəbər portalı ötən il 18 oktyabr Milli Müstəqillik günü fəaliyyətə başladı.Bir il ərzində qarşıya qoyduğumuz hədəflərə çata bilməsək də,reklamsız,maliyyə resurslarının məhdud olması səbəbindən onlarla layihələrimiz var ki,yarımçıq qalıb.Eyni adda qəzetin təsisi ilə bağlı bütün prasedur sənədləri Ədliyyə nazirliyinə təqdim etmişik.

Bu gün ölkədə təxmini 3000-ə yaxın onlayn mediya var ki,buda rəqabəti çətinləşdirir.Sosial şəbəkələrin olması oxucu ilə əlaqəyə asanlıq yaratsada,daha geniş auditoriyanın mövcudluğu üçün reklam bazarı sağlam olmalıdır.Bu gün problemlərin kökünə gedib,haqqı çatdıran mediya qrumlarına reklam verilməməsi azad rəqabəti aradan qaldıran səbəblərdəndir.Saytın bir il fəaliyyəti zamanı bir neçə dəfə kiber hücuma məruz qaldıq.Gələcək fəaliyyətimizdə rus və ingilis dillərində də xəbər yayımlayacıq

Niyyətimiz ölkədə və dünyada baş verən hadisələri oxuculara qərəzsiz çatdırmaqdır.Bütöv Azərbaycan amalı ilə yaşayan insanlara tribuna,söz demək imkanları yaradan mediya qrumu olaraq növbəti yaşımızda istədiyimiz,haqq etdiyimiz yeri tutacağımıza inanırıq.Məhz saytın sloqanında deyildiyi kimi,"Amalımız olan şeylərə ümid etmirik,İNANIRIQ"

Bütün oxucularımızı 18 oktaybr Milli Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edir, xoş xəbərlərlə xidmətinizdə olmağı arzulayırıq.

b]

Administratorla əlaqə

077 611-55-22

[email protected]