Kriminal

Bakıda cinsi azlıq nümayəndəsini bıçaqladılar

18-10-2016, 01:13
Bakıda cinsi azlıq nümayəndəsini bıçaqladılar
Bakının Tbilisi prospektində münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasına 16 yaşlı Qasımov Orxan Fəxrəddin oğlu ayaq nahiyəsinin damarlarının kəsiyi diaqnozu ilə daxil olub.

Onun özünün dediyinə görə, yıxılıb və nəticədə xəsarət alıb. Lakin hüquq-mühafizə orqanı əməkdaşları onun ifadəsinin yalan olduğunu üzə çıxarıb.

Məlum olub ki, O.Qasımov Tbilisi prospektində tanımadığı bir şəxslə mübahisə edib və ayaq nahiyəsindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, O.Qasımov cinsi azlığın nümayəndəsidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]