Foto Fakt

Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edib

17-10-2016, 17:13

Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edib"Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb. Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar proseslərdə əldə edilmiş nailiyyətlər və son dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci il may ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş siyasi Bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı, istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi aspektində təsbit olunub. Baş katib Urban Rusnak bu sənədin Enerji Xartiyasının Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi üçün əsas olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə enerji ehtiyatlarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinin hazırlanması Enerji Xartiyası üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycanın tranzit ölkə kimi bu istiqamətdə əldə etdiyi təcrübə bu prosesə mühüm töhfə verə bilər.

Energetika naziri Natiq Əliyev dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edibmühüm rol oynamış "Hasilatın Pay Bölgüsü” və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığnı qeyd edib. "Bu sənədlər bu gün mühüm dəyərə malikdir”, deyə Natiq Əliyev enerji daşıyıcılarının tranziti ilə bağlı təcrübəni bölüşməyə və lazımı texniki dəstəyi göstrərməyə Azərbaycanın hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Urban Rusnak onu da əlavə edib ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir. Baş katib növbəti 5 il müddətində Azərbaycanla əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni hüquqi sənədin imzalanmasının vacibliyini vurğulayıb. O, 25-26 noyabr tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri olduğunu Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edibdiqqətə çatdırıb.

Natiq Əliyev isə enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu bir daha yüksək qiymətləndirərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Daha sonra Enerji Xartiyası İnvestisiya Qrupuna Azərbaycan tərəfindən namizədin göndərilməsi və qarşılıqılı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edib

Administratorla əlaqə

077 611-55-22

[email protected]