Layihə

ALDP sədri gənclərə tapşırıq verdi - Düşmənə qarşı mübarizəyə hazır olun

17-10-2016, 14:36
Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanin Gənclər Təşkilatının bir qrup fəalı ilə görüşüb. Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 25 illiyi münasibətilə partiyanın sədri F.Əliyev gənclərimizin vətənpərvərlik və vətəndaşlıq hisslərinin güclənməsi və möhkəmlənməsi məsələsinin vacibliyindən danışıb. 

Bildirib ki, hər bir gənc siyasi mənsubiyyətindən asılı olmayaraq fəaliyyətini dövlətimizin güclənməsi və torpaqlarımızın bütövlüyü uğrunda istiqamətləndirməli və düşmənə qarşı mübarizəyə həmişə hazır olmalıdır. Daha sonra gənclər öz fikir və təkliflərini bölüşüblər. Toplantıda təşkilati məsələlərə də baxılıb. ALDP Gənclər Təşkilatının sədri Xaqan Rza hərbi xidmətə getdiyinə görə vəzifəsindən azad olunub. 

Onun yerinə Murad Əliyev təyin olunub. Sonra F.Əliyev Gənclər Təşkilatının yeni rəhbərliyini təbrik edib və fəaliyyətlərində uğurlar arzulayib. ALDP Gənclər Təşkilatının yeni sədri Murad Əliyev öz növbəsində ona etimad göstərildiyinə görə partiya rəhbərliyinə təşəkkürünü bildirib. Tədbirdə ALDP Sədr Aparatının üzvləri də iştirak ediblər.
ALDP sədri gənclərə tapşırıq verdi - Düşmənə qarşı mübarizəyə hazır olun
ALDP sədri gənclərə tapşırıq verdi - Düşmənə qarşı mübarizəyə hazır olun

Administratorla əlaqə

077 611-55-22

[email protected]