Dünya

Litvanın 34 yaşlı səhiyyə naziri ölüb.

17-10-2016, 02:48
Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela Vülnus xəstəxanasında bazar günü səhər saatlarında ölüb.

Axar.az xəbər verir ki, Pojela qarnındakı şiddətli ağrılara görə avqust ayında xəstəxanaya müraciət edib. Ona pankreatit diaqnozu qoyulub və Santariş klinikasında sistemli müalicə alıb.

O, bu vəzifəyə mart ayında təyinat alıb. 

Prezident Qribauskayte nazirin ölümü ilə bağlı başsağlığı verib və Litvanın Pojelanın simasında gənc, perspektivli və uğurlu bir siyasətçini itirdiyini bildirib. 

"Yuras Pojela insanların sevgisini qazanmış, gənc nəslin məsuliyyətli, fəal, böyük ümidlər vəd edən nümayəndəsi idi. Enerjili, gənc, istedadlı şəxslərin bu yaşda aramızdan getməsi çox üzücüdür”, - parlament spikeri deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]