İdman

“Neftçi” klubu üç futbolçu transfer edib

15-10-2016, 02:16
“Neftçi” klubu üç futbolçu transfer edib

"Neftçi” futbol klubu üç futbolçu ilə müqavilə bağlayıb. 

Xeberman.com-un xəbərinə görə, müvafiq məlumat klubun rəsmi saytındayerləşdirilib.

Məlumatda bildirilir ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyicənəklər.

Mahir Şükürov bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]