Maraqlı

Azərbaycanda evlilik: 83 yaşında ailə qurdu

15-10-2016, 02:12
Azərbaycanda evlilik: 83 yaşında ailə qurdu

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 42179 nikah qeydə alınıb.

Xeberman.com publika.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

Qurum rəsmisi nikaha daxil olanların yaş aralığını da açıqlayıb:

"Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadırlar”.

R.Süleymanovun sözlərinə görə, rəsmi nikaha daxil olan ən yaşlı kişi 83, ən yaşlı qadın isə 72 yaşındadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]