İdman

Biletlərin satışa çıxacağı tarix açıqlandı – “Qarabağ” – “PAOK”

14-10-2016, 22:02
Biletlərin satışa çıxacağı tarix açıqlandı –  “Qarabağ” – “PAOK”

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər

Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.

"Report”un klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar – 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar – 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar – 5 AZN

13 və 16 nömrəli sektorlar – 10 AZN

14 və 15 nömrəli sektorlar – 20 AZN

VİP – 50 AZN

Qeyd edək ki, "Qarabağ” – PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq

Administratorla əlaqə

077 611-55-22

[email protected]